Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 Sep 2023 Çöl tədqiqatları Çöl tədqiqatları

GGİ-nin GƏNC ALİMLƏRİ BEYNƏLXALQ YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDİBLƏR

Avqustun son günlərində İnstitutun II kurs magistrantı “Seysmologiya və Seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin əməkdaşı, GAMŞ sədri Zöhrab Əliyev və II kurs magistrantı, “Filiz-maqmatik sistemləri minerageniyası” şöbəsinin əməkdaşı Səyyad Yunusov  Neft və Qaz İnstitutu, Oslo Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin birgə anlaşma memorandumu çərçivəsində “Palçıq vulkanizmi və neft sistemləri” mövzusunda keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər.

Avqustun 21-də  2023-cü ildə AMEA-nın əsas binasında məktəbin açılışı reallaşıb. Açılışı Oslo Universitetindən Adriano Mazzini palçıq vulkanları haqqında məruzə ilə başlamışdır. Sonra Lomonosov adına Moskva Dövlət Universitetindən G.Axmanov, Olesiya Vidişova, SOCAR-dan Elçin Bağırov, ABŞ təmsilçisi Stepan Miller, Respublika Seysmoloji Xidmət Mərkəzindən Səbinə Kazımova, İspaniya təmsilçisi Jonas Ruh və başqaları məlumatlandırıcı çıxışlar ediblər.

Məktəbin iştirakçıları 10 gün ərzində 3 qrup olmaqla tədqiqatlar aparıblar.

Avqustun 22-25-də isə sahə işləri icra olunub. Pirəkəşkül kəsilişində çöl işləri görülüb. Kəsilişdə nümunələr götürülüb və hər qrup üçün seçilmiş seksiyada tədqiqat aparılıb. Eyni tədqiqatlar sonra Qırməki kəsilişində  davam etdirilib və “Yanar Dağ”a səyahət ilə yekunlaşdırılıb.

Daşgil palçıq vulkanı ərazisində tədqiqat öncəsi  Adriano Mazzini xüsusi məruzə ilə iştirakçıları məlumatlandırıb. Daha sonra hər qrup grifonlar seçərək tədqiq ediblər. Grifonun uzunluğu və diametri, palçıq vulkanın temperaturu, axının istiqaməti və uzunluğu, koordinatları, grifon ətrafında olan hövzələr və həmin hövzələrin temperaturu, onlarda neft və ya suyun üstünlük dərəcəsi müəyyənləşdirilib. Həmçinin “Daşgil” palçıq vulkanında iki nümunənin “Bahar setallite” vulkanında götürülən nümunə  ilə müqayisəsi aparılıb. Eləcə də  su və qaz nümunələri götürülərək PH-ları  hesablanıb.

Adriano Mazzininin mühazirəsi ilə başlayan tədbirlər Bahar Setallite palçıq vulkanında davam etdirilib. Bu tədqiqatlar zamanı peyk şəkilləri ilə hazırda götürülmüş şəkillərin müqayisəsi aparılıb. Bu zaman qruplar müvafiq qeydlərini ediblər. Salse gölünün xüsusiyyətləri müəyyənləşdirilərkən məlum olub ki, bu salse gölü daha çox neft tərkiblidir və onun kənarlarında bakteriyaların təsiri görünməkdədir.

Daha sonra Qoturdağda tədqiqatlar davam etdirilib. Burada 2022-ci ilin sentyabr ayında aparılmış ölçü işlərinə nəzərən istinad nöqtələri yenidən müəyyənləşdirilib, Strasburq Universitetnin və UFAZ-ın təmsilçisi Clara Jodrinin  rəhbərliyi ilə  referans nöqtələrinə nəzərən ölçülər yenidən aparılıb. Həmçinin burada yerləşən tək grifondan su və qaz nümunələri götürülüb.

Avqustun 25-də Lökbatan palçıq vulkanında tədqiqatlar davam etdirilib. Adriano Mazzini yenə iştirakçıları məlumatlandırıb, sonra isə tədqiqatlara başlanılıb. Ərazidə meqa bloklar müəyyənləşdirilib. Lökbatan palçıq vulkanında qazın az olmağı barəsində iştirakçılarla maraqlı müzakirə reallaşıb. Sonda krater ətrafında süxur nümunələri götürülərək növü müəyyənləşdirilib.

Günün sonunda qruplar Neft və Qaz İnstitutunda tədqiqatları əsasında  uğurla çıxış ediblər. Görülən işlərin yekunu olaraq  çöl işlərində götürülmüş nümunələrin laboratoriya tədqiqatları aparılıb.

 

GGİ-nin GƏNC ALİMLƏRİ BEYNƏLXALQ YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDİBLƏR
GGİ-nin GƏNC ALİMLƏRİ BEYNƏLXALQ YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDİBLƏR
GGİ-nin GƏNC ALİMLƏRİ BEYNƏLXALQ YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDİBLƏR
GGİ-nin GƏNC ALİMLƏRİ BEYNƏLXALQ YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDİBLƏR
next
next