Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Jun 2023 İclaslar İclaslar

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda (GGİ) növbəti Ümumrespublika elmi seminarı keçirilib. Tədbirdə GGİ alim və mütəxəssisləri ilə yanaşı, BDU-nun əməkdaşları – akademik Vasif Babazadə, g.-m.e.d., prof. Nazim İmamverdiyev və başqaları da iştirak ediblər.


Elmi seminarı giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə iştirakçılara bugünkü elmi məruzəçi ABŞ-ın Mayami Universiteti Geologiya və Ətraf Mühit, Yer Elmləri Departementinin professoru, bir sıra yüksək impakt faktorlu  jurnalların (“Elsevier Science”, “Springer” və s.) həmredaktoru Yıldırım Dilek haqqında tanışlıq xarakterli məlumat verib, qonağın aldığı təhsil, akademik və tədqiqat, eləcə də tədris   fəaliyyəti barədə danışıb.


Qısa tanışlıqdan sonra məruzəçi Yıldırım Dilek “Ərəbistanönü və Hindistanönü regionlarında kontinental kolliziya zonalarının kaynozoy tektonikası və kimyəvi geodinamikasi: Anadolu – Qafqaz – Tibet əlaqəsi” mövzusunda təqdimat reallaşdırıb.


Alim məruzəsində Alp-Himalaya kolliziya zonasının geoloji təkamülü haqqında məlumat verib. Qeyd edib ki, tədqiqat ərazisində bir çox dünya alimləri Ərəbistan və Hindistan plitələrinin Avrasiya plitəsiylə toqquşması modelini qəbul edirlər. Lakin məruzəçinin fikrincə, sözü gedən orogen zonada bu plitələrin toqquşmasından daha əvvəl kiçik ölçülü plitələrin, ada qövslərinin hərəkəti, onların bu hərəkət nəticəsində gömülməsi və yeni təbəqələrin əmələgəlməsi prosesləri yer alıb.


Məruzəçi həmçinin Miosen-Dördüncü dövrü əhatə edən maqmatik süxurların kimyəvi tərkibləri haqqında məlumat təqdim edib, qırışıqlıq zonasının müxtəlif seqmentləri arasında müqayisəli təhlil aparıb.


Yıldırım Dilek ətraflı və maraqlı təqdimatdan sonra iştirakçıların çoxsaylı suallarını cavablandırıb.


Akademik Akif Əlizadə elmi seminar iştirakçıları və GGİ rəhbərliyi adından qonağa təqdimata görə təşəkkür edib, həmçinin gənc tədqiqatçılara məruzəçinin iş prinsipindən, özəlliklə onun tədris prosesində  geoloji fikrin tarixi, fəlsəfəsi, geosiyasət və s. cəhətlərin  tətbiqinə diqqət yetirməyi tövsiyə edib.  

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
next
next