Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 May 2023 Diqər xəbərlər Diqər xəbərlər

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR DAVAM EDİR

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə plana uyğun qrafiklə tədbirlər davam edir. Belə ki, Beynəlxalq Muzeylər günündə Bakının 275 nömrəli məktəbin 8-ci sinif şagirdləri İnstitutun Geoloji-Mineraloji muzeyində olublar. Muzeyin rəhbəri Əbülfət İmanov və mühəndis Leyla Həziyeva yeniyetmə qonaqlara muzeyin funksiyası, eləcə də burada qorunan mineralların tarixçəsi haqqında məlumat veriblər. 275 saylı məktəbin müəllimi İradə Əhmədova şagirdləri minerallar haqqında açıq dərs formasında (sual-cavab şəklində) məlumatlandırandan sonra eksponatlardan istifadə və onların tətbiq obyektləri haqqında faktlarla tanış edib. Bildirib ki, nümayiş olunan minerallardan zərgərlikdə, tibbdə, sənayedə, cihazqayırmada, maşınqayırmada, tikintidə, kənd təsərrüfatında, energetikada - bir sözlə, xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Qymətli minerallar göstərir ki, Zəngilan, Laçın, Kəlbəcər, Gədəbəy, Tovuz, Daşkəsən, Naxçıvan, Böyük və Kiçik Qafqazda və digər ərazilərdə bu nümunələrin zəngin yataqları var. Həmin yataqlardan istifadə etmək və yeni yataqlar aşkar etmək isə gələcək geoloqların öhdəsinə düşür.


Şagirdlər sonra İnstitutun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə müxtəlif nümunələrin tərkibinin öyrənilməsi prosesinə şahidlik ediblər. Mərkəzin rəhbəri Nazim Sadıqov və elmi işçi Bahar Babayeva “Tiger S8” cihazı vasitəsilə aparılan kimyəvi analizlər haqqında maraqlı məlumatlar təqdim ediblər.


Ekskursiyadan məmnun qalmış şagirdlər sonda İnstitut mütəxəssislərilə xatirə şəkli çəkdiriblər və onlara təşəkkür ediblər. 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR DAVAM EDİR
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR DAVAM EDİR
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR DAVAM EDİR
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR DAVAM EDİR
next
next