
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA “TOPLANIŞ” MƏŞQİ KEÇİRİLİB
Geologiya və Geofizika İnstitutunda hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq “Toplanış” məşqi keçirilib.
İnstitutun mülki müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev tədbiri açaraq məşqin əhəmiyyətindən, xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, eləcə də məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb.
Qərargah rəisi sonra fövqəladə hadisə zamanı xəbərdarlıq “Toplanış” siqnalını aldıqda hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək, hazır vəziyyətə gətirilməsini və bununla bağlı İnstitut əməkdaşlarının məlumatlı olmalarının vacibliyini əks etdirən video materialları əsasında təqdimat reallaşdırıb. Həmçinin yaranmış suallara aydınlıq gətirib.