Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 May 2023 Diqər xəbərlər Diqər xəbərlər

SURAXANI MƏKTƏBLİLƏRİ GGİ-nin GEOLOJİ-MİNERALOJİ MUZEYİNDƏ OLUBLAR

Bakının  Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri Geologiya və Geofizika İnstitutunun Geoloji-Mineraloji muzeyində olublar.

Muzeyin rəhbəri Əbülfət İmanov burada qorunan minerallar, süxurlar, fauna və flora nümunələri haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verib, şagirdlərin çoxsaylı suallarını cavablandırıb. Şagirdlər vitrinlərdəki mineral və fauna nümunələrini həvəslə seyr etməklə yanaşı, onların fotolarını telefonlarına köçürməyi də unutmayıblar.

Şagirdləri müşayiət edən müəllimlər - Gülsənəm Ağayeva və İradə Əhmədova dərs proqramına uyğun olaraq şagirdlərlə filizlər, qeyri filizlər və çökmə süxurlar  haqqında maraqlı sual-cavab reallaşdırıblar. Uşaqlara həmçinin muzey təəssüratları barədə  esse yazmaq tapşırığı da verilib. Yeniyetmə qonaqlar GGİ-nin mərtəbələrində nümayiş olunan  vitrinlərdəki mineral nümunələrinə həvəslə baxıblar, fotolar çəkiblər.  

Məktəblilər və müəllimlər maraqlı ekskursiyaya görə ekskursiyanın təşkilatçıları olan  böyük elmi işçi Əbülfət İmanova və muzeyin mühəndisi Leyla Həziyevaya təşəkkür ediblər.

next
next