Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 May 2023 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA III ÜMUMRESPUBLİKA OLİMPİADASININ YEKUN MƏRHƏLƏSİ KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr olunmuş geoloq və geofizik tələbələr üçün “Geologiyada və Geofizikada fənlərarası tədqiqatlar elmin gələcəyidir” adlı III Ümumrespublika olimpiadasının yekun mərhələsi  keçirilib. Tədbirdə Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və təşkilat komitəsinin üzvləri iştirak ediblər.

Olimpiadanın təşkilat komitəsinin sədri akademik Əkpər Feyzullayev tədbiri giriş sözü ilə açaraq bidirib ki, Geologiya və Geofizika İnstitutunda sayca üçüncü olimpiadadan məqsəd ali ixtisas təhsili müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I və II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunub. Bu məqsədlə 2022-ci ilin mart ayında elan edilmiş olimpiadada iştirak üçün 28 nəfər qeydiyyata alınıb, 11 mövzu üzrə esseni onlardan yalnız 16 iddiaçı təqdim edib. Təşkilat komitəsinin üzvləri təqdim olunmuş esselərdən 7-sini seçərək final mərhələsinə buraxıb.

Sonra  olimpiadanın final  mərhələsinə buraxılan iştirakçılar - Zohrab Əliyev (GGİ), Göyçək Təşviqi (GGİ), Tahir Qasımov (BDU), Cəlal Əsgərov (GGİ), Elnur Musayev (GGİ), Səyyad Yunusov (GGİ), Fidan Abdullayeva (Fransa-Azərbaycan Universiti) təklif olunmuş elmi mövzular əsasında təqdimat reallaşdırıblar, həmçinin qiymətləndirmə komissiyası üzvlərinin suallarını cavablandırıblar.

Daha sonra qiymətləndimənin yekunlarına əsasən qaliblər müəyyənləşdirilib.   Nəticədə Fidan Abdullayeva I, Elnur Musayev II,  Zöhrab Əliyev III yerə layiq bilinib. Göyçək Təşviqi üçün  həvəsləndirici mükafat ayrılıb.  

Qaliblərə mükafatlar  yaxın günlərdə təqdim ediləcək.

next
next