Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA XÜSUSİ ELMİ ŞURA KEÇİRİLİB
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xüsusi Elmi şura iclası keçirilib.
Tədbirdə Elmi şura üzvlərilə yanaşı, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı akademik Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri akademik Yaqub Mahmudov, RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və b. iştirak ediblər.
Tədbir öncəsi iştirakçılar dəhlizdə Ulu öndərin 100 illik yubileyi münasibətilə nümayiş etdirilən kitab və foto sərgisilə tanış olublar.
İclası giriş sözü ilə açan akademik Akif Əlizadə Heydər Əliyev hakimiyyəti dövrünü xarakterizə edən mühüm siyasi məqamları və Ulu öndərin insani məziyyətləri barədə konkret misallarla müfəssəl təəssürat təqdim edib. Natiq bildirib ki, iqtisadiyyatı inkişaf etdirib güclü dövlət quruculuğuna nail olmaq pinsipinə əsaslanan siyasət H.Əliyev fəaliyyətinin əsas istqamətlərindən idi. Onun rəhbrlik məharəti, yaxşı işə görə rəğbətləndirmək, nöqsanlara görə isə güzəşt etməmək prinsipi həmişə ədalətli hesab olunub.
Akademik bildirib ki, uzaqgörən rəhbər gəncləri respublikadan kənarda nüfuzlu ali təhsil müəssisələrində təhsilə cəlb etməklə ölkənin hərtərəfli gələcək inkişafına töhfə verməyi nəzərdə tuturdu və bu indi ölkə həyatımızda qürurla xatırlanır. “Əsrin müqaviləsi”ndən sonra ölkəmizin hər yerində olduğu kimi, GGİ-də də sanki intibah dövrü başladı; Belə ki, İnstitutumuzun arxivində müvafiq xarici şirkət və elm mərkəzləri ilə 60-dan çox müqavilə əsasında yerinə yetirilmiş elmi-tədqiqat işlərinin sənədləri qorunur.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Heydər Əliyevin milli-mənəvi dəyərlər, ordu quruculuğu, elm və təhsil, yaradıcı insanlara qayğı, vətəndaş təəssübkeşliyi və digər istiqamətlərdə gördüyü əvəzolunmaz işləri qeyd edib. Akademik vurğulayıb ki, Ulu öndər Azərbaycanda yeni tarix yaratdı, qurduğu təməl pinsiplərilə aparılan fəaliyyətin yüksək nəticələri öz bəhrəsini daim göstərir. Onlardan yalnız biri - 44 günlük müharibədə qazanılan qələbə deyilənlərə bariz nümunədir.
AMEA rəhbəri çıxışında H.Əliyevin Milli Akademiya qurumuna özəl münasibətini xüsusi ehtiramla xatırlatdı: “Bir sıra müttəfiq respublikalarda Elmlər Akademiyasının ləğv edildiyi və ya digər qurumla əvəzləndiyi dövrdə Ulu öndərimiz demişdi ki, Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir, onu heç bir əsasla itirmək olmaz”.
AMEA prezidenti İsa Həbibbəyli akademik Akif Əlizadənin Elmlər Akademiyasının pezidenti olduğu dövrü məhsuldar hesab etdiyini vurğuladı, bu möhtəşəm elm ocağının hazırda yeni təşkilatlanma prosesi yaşadığını diqqətə çatdırdı. Elmlər Akademiyasin rəhbəri sonra akademik Akif Əlizadəyə ölkəmizdə elmin və təhsilin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanını təqdim etdi.
Akademik Ziyad Səmədzadə çıxışını simvolik olaraq “Heydər Əliyev dühasının iqtisadiyyat çalarları” adlandırmaq mümkündür. Natiq Heydər Əliyevlə üşgüzar təmasda olarkən rəhbərin nəinki Azərbaycanın, eləcə də keçmiş SSRİ-ni iqtisadiyyat həyatına və problemlərinə yaxından bələd olduğunu faktlarla təsvir edib, eyni zamanda onun strateji tədbirlərindən nümunələr gətirib. Z.Səmədzadə bildirib ki, 1997-ci ildə cəmi 10 milyon dollar borcunu qaytarmağa imkanı olmayan Azərbaycan bu gün 65 milyard dollar valyuta ehtiyatına malikdir, həm də artıq borc verə bilən ölkə kimi tanınır.
Akademik Yaqub Mahmudov Heydər Əliyevin siyasət xiridarı olduğunu və ölkəsinin, onun vətəndaşlarının daim təəssübkeşi olduğnu, millətlərin içində öz millətini tanıtmağa səy etdiyini deyib. Bildirib ki, Azərbaycan dövlətinin rəhbəri tarixdə məşhur siyasi liderlərin siyahısında onların hamısından fərqlənir. Çünki o liderlər mübarizələrində arxalana bildikləri qüvvələr olub. H.Əliyevin isə ümumxalq etibarından başqa heç bir maddi və ya siyasi dayağı olmayıb. Ona görə də atdığı hər addım, cızdığı hər bir plan, düzgün siyasətlə reallaşdıqca gözəl nəticələr fərəh gətirir, xalqı məmnun edir. Ona görə də dahi şəxsiyyətin 100 illik yubileyi ümumxalq bayramı kimi qeyd olunur.
İclasın sonunda Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasinin sədri Zöhrab Əliyevin çıxışı dinlənildi və Heydər Əliyevin rəhbərlik fəaliyyəti haqqında qısa sənədli film nümayiş etdirildi.