Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN ELMİ SEMiNARI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) gənc alim və mütəxəssislərinin elmi seminarı keçirilib. Tədbirdə Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə və İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirak edib.
Seminarı giriş sözü ilə açan GGİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyev tədbirin əhəmiyyətini nəzərə çatdıraraq bildirib: “Analoji seminarlar bundan sonra da davamlı xarakter daşıyacaq. Bu gün isə mövzu üzrə təqdimat üçün söz II kurs doktorantı Pərviz Məmmədova verilir.”
P.Məmmədov “Aşağı temperaturlu geotermal resursların mahiyyəti” mövzusunda təqdimat reallaşdıraraq istilik nasosları, istilik mənbələrinin növləri, istilik nasoslarının dövrələri və iş prinsipi barədə ətraflı izahat təqdim edib.
Natiq qapalı dövrəli bir geotermal istilik nasosu sistemində su və ya su-antifiriz qarışığı torpağa basdırılmış borularda dövr etdiyini, səth suyunun yetərli olduğu ərazilərdə qapalı dövrəli borular dib hissəyə yerləşdirildiyini vurğulayıb. Həmçinin istilik mənbəyi seçərkən hansı xüsusiyyətlərə diqqət yetirməyin zəruri olduğunu göstərib.
Məruzəçinin təqdimatı maraqla dinlənilib və çoxsaylı suallara aydınlıq gətirilib.