Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Mar 2023 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ALİMLƏRİ FHN ƏMƏKDAŞLARI İLƏ ƏMƏKDAŞLIĞA DAİR MÜZAKİRƏ APARIBLAR

Geologiya və Geofizika İnstitutunun alimləri, o cümlədən “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsi”nin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev, “Hidrogeologiya və geoekologiya şöbəsi”nin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Ramiz Məmmədov və “Palçıq vulkanizmi şöbəsi”nin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyi və geoloqlardan ibarət kollektivi ilə görüşüblər.


Görüşdən məqsəd Agentlik tərəfindən yüksəkmərtəbəli binaların, tunellərin, körpülərin, yeraltı və yerüstü keçidlərin, həmçinin digər infrastrukturların layihələndirilməsi və tikilməsi üçün təşkil olunan ekspertizalarda geoloji və seysmik risklərin qiymətləndirilməsi baxımından GGİ alimləri ilə birgə əməkdaşlığın perspektivlərinin müzakirəsi olub. Toplantıda Agentliyin rəisi Cəbrayıl Xanlarov əməkdaşlıqla bağlı maraq doğuran əsas məsələlər haqqında məlumat verib. Dosent Qulam Babayev də son illər İnstitutda aparılan müasir tədqiqatlar, eləcə də ümumilikdə respublikada nəzərdə tutulan layihələndirmə və tikinti işləri həyata keçirilməzdən əvvəl geoloji və seysmoloji risklərlə əlaqəli kompleks tədqiqatların aparılmasının vacibliyi və onların bəzi məqamları haqqında mülahizələrini iştirakçılarla bölüşüb.


Geniş müzakirədə GGİ mütəxəssisləri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynlinin müşayiətilə ekspertizaların mahiyyəti ilə tanış olublar. Tərəflər həmçinin növbəti görüşlərdə əsas fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsinə nail olublar.

 

 

 

 

GGİ ALİMLƏRİ FHN ƏMƏKDAŞLARI İLƏ ƏMƏKDAŞLIĞA DAİR MÜZAKİRƏ APARIBLAR
next
next