Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
07 Mar 2023
Nəşrlər
İNDİ “AZƏRBAYCAN” QƏZETİNİ (1918-1920) HAMI OXUYA BİLƏCƏK
ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin orqanı olan “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyəti ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə nəşrə hazırlanmaqdadır. Bugünədək “Azərbaycan” qəzetinin (1918-1920) bir xüsusi buraxılışı və 5 nüsxəsi Azərbaycan əlifbasına köçürülmüşdür.
Belə ki, qəzetin oxucular üçün əlçatan olması və elmi tədqiqatlarda istifadə olunması məqsədilə, hazırlanan nəşrlər elektron versiyada bir QR kod (veb link) üzərində toplanmış və elan formasında çap olunmuşdur.