
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
RESPUBLİKA SEYSMOLOJİ XİDMƏT MƏRKƏZİNİN AÇIQLAMASI
Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bəyan edib ki, qardaş Türkiyə Respublikasında fevralın 6-da baş vermiş zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağıına dair bəzi “ekspertlər” açıqlamalar yayırlar.
RSXM təəssüf hissi ilə vurğulayır ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər. “Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir.Yayılan təxribat xarakerli şaiyələrə inanmayın!”- deyə Mərkəz bildirir.