Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Jan 2023 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA MAGİSTRANTLARIN QIŞ İMTAHAN SESSİYASI BAŞLAYIB

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) magistrantların qış imtahan sessiyası başlayıb.

GGİ-də  təhsil alan I və II kurs magistrantlarının 2022-2023-cü tədris ili üzrə qış imtahan sessiyası fevral ayının 2-nə qədər davam edəcək. “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə təhsil alan I və II kurs magistrantları  ixtisaslaşma fənləri üzrə 22 imtahan verəcəklər. Belə ki, onlar “Geofizika mühəndisliyinin müasir problemləri”, “Azərbaycanın regional geologiyası”, “Geokimya, geokimyəvi tədqiqat üsulları”, “Tətbiqi geofizika” və digər ixtisaslaşma  fənlərindən sınaqdan keçəcəklər.

İmtahanlar AMEA müxbir üzvü Çingiz Əliyev, AMEA müxbir üzvü Elmira Əliyeva, professor Zakir Abdullayev, c.e.d. Vaqif Məmmədov, y.e.e.d. Qulam Babayev, g.-m.e.n. Zəki Vəliyev, g.-m.e.n. Rauf Kərimov və g.-m.e.n. Pərvanə Məmmədovanın  iştirakı ilə keçirilir.

next
next