Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ƏMƏKDAŞLARININ ELMİ MƏQALƏSİ BEYNƏLXALQ JURNALDA DƏRC OLUNUB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ)“Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsi əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub.
GGİ “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri, y.e.e.d, dosent Qulam Babayevin, həmin şöbənin əməkdaşları - Russiya Federasiyasının Perm Dövlət Milli Tədqiqat Universitetinin doktorantı İmran Muradinin və İnstitutun doktorantı Yaşar Əliyevin hazırladığı məqalə beynəlxalq nəşrdə dərc edilib.
Avropa-Asiya Geofiziki Cəmiyyətinin “Geofizika” elmi-tədqiqat jurnalının 5-ci nömrəsində “Abşeron yarımadasının seysmik şəraitinin təmas ölçmələrinin təhlili və yerin kosmik monitorinqinin nəticələrinə əsasən qiymətləndirilməsi” adlı məqalə oxuculara təqdim edilir.
Materialda kosmik zondlama vasitəsilə yerin şaquli hərəkətlərinin öyrənilməsi ilə yanaşı, yerdəyişmə sürətlərinin üfüqi komponentinin maksimal amplitudların öyrənilməsi, tədqiqat zonasının daxilində və ətrafında baş vermiş zəlzələlərin enerji sinfi, maqnitudları və gərginlik parametrlərinin yayılması vasitəsilə ərazinin seysmik təsvirinin təyin olunması kimi məsələlər əksini tapıb.