Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-nin ELMİ ŞURASINDA “HEYDƏR ƏLİYEV İLİ” İLƏ BAĞLI TƏDBİRLƏR PLANI MÜZAKİRƏ EDİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı müzakirə edilib.
Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin sədrliyi ilə baş tutan tədbirdə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı müzakirələr olub.
İclasda çıxış edən akademik Akif Əlizadə bildirib: “Azərbaycanın dahi oğlu Heydər Əliyev xalqın yaddaşında həmişə yaşayacaq. Hər keçən gün ulu öndərin dahiliyinin, öz xalqına bağlılığının bir daha şahidi oluruq. Onun hələ sovet dönəmində ölkəyə rəhbərlik etdiyi gündən Azərbaycanın müstəqil olacağını, azərbaycanlıların öz istiqlaliyyətinə qovuşacağını bilirdi. Biz indi anlayırıq ki, dahi insanın hər addımı Azərbaycan xalqının parlaq gələcəyinə hesablanıb. Onun irsi xəzinədir, tükənməzdir, əbədiyaşardır. Biz alimlərin, ümumiyyətlə, İnstitut kollektivinin mənəvi borcudur ki, bu neməti daim xatırlasın, qiymətləndirsin. Bizim nəsil Heydər Əliyevin həm Azərbaycanda, həm də Sovet dövlətinin ali hakimiyyət orqanlarında fəaliyyətinin canlı şahidi olmuşuq. İndi bizim borcumuzdur ki, ümumxalq liderinin həyat və fəaliyyətini gənclərə aşılamaq üçün əlimizdən gələni edək. Bu gün müşavirə iştirakçılarına təqdim olunmuş tədbirlər planından bir məqsədimiz də gənc alimlərin elmi biliklərini dərinləşdirməklə yanaşı, onları müstəqil Azərbaycanın memarının fəaliyyəti ilə yaxından tanış etməkdir”.
“Tədbirlə planı”nda Geologiya və Geofizika İnstitutu Elmi şurasının ulu öndərin yubileyinə həsr edilmiş təntənəli iclası, İnstitut kollektivinin Ümummilli lider Heydər Əliyevin həmkarları ilə görüşlərinin keçirilməsi, geoloq və geofizik tələbələr üçün “Geologiyada və geofizikada fənlərarası tədqiqatlar – elmin gələcəyidir” mövzusunda Ümumrespublika olimpiadasının təşkili, Geologiya və Geofizika İnstitutu ilə Xəzər Universitetinin Elmi şuralarının yubileyə həsr edilmiş səyyar iclasının Regional Elmi Mərkəzlərdə (Gəncə, Lənkəran) keçirilməsi kimi 10 bənddən ibarət tədbir ehtiva edilir.
Elmi şura iclası iştirakçılarının çıxışlarında irəli sürülən təkliflər nəzərə alınmaqla “Təkliflər planı” təsdiq edilib.
İnstitutun baş direktorunun müvafiq əmri ilə “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı 2023-cü ilin əvvəlindən icraya cəlb ediləcək.