
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
“İLANDAĞ” GEOPARKININ YARADILMASINA DAİR SƏNƏDLƏR NMR ALİ MƏCLİSİNƏ TƏQDİM EDİLİB
Geologiya və Geofizika İnstitutu (GGİ) “Dinamiki geologiya” şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü Tələt Kəngərli AMEA Naxçıvan Muxtar Respublikası Bölməsində “İlandağ” geoparkının yaradılmasına dair sənədlərin təqdimatını keçirib.
Təqdimatda Bölmənin sədri akademik İsmayıl Hacıyev, Bölmənin Bioresurslar İnstitutunun direktoru akademik Tariel Talıbov, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərov və digər alimlər iştirak ediblər.
AMEA-nın müxbir üzvü Tələt Kəngərli GGİ “Dinamiki geologiya” şöbəsinin hazırladığı “İlandağ” geoparkının geologiyasını və cansız təbiət abidələrini, nadir heyvan və bitkilərini, arxeoloji və tarix-memarlıq abidələrini, hidrogeologiyasını, faydalı qazıntılarını, oroqrafiyasını, torpaqlarını və landşaftını əks etdirən xəritələrini (miqyas 1:200 000), həmçinin digər yekun sənədləri iştirakçılara təqdim edərək əlavə məlumat xarakterli izahat verib. Sonra sənədlərlə bağlı təklif və suallara aydınlıq gətirilib. Sonda təqdimat iştirakçılarının qərarına əsasən “İlandağ” geoparkının yaradılması üçün hazırlanmış xəritələr və yekun sənədlər gələcək zəruri tədbirlər görülmək üçün NMR Al Məclisinə təqdim edilib.
Bildirək ki, Muxtar Respublika ərazisində geopark yaradılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti tərəfindən 2018-ci ildə NMR Ali Məclisinin sədrinə rəsmi müraciət ünvanlanıb. Həmin vaxtdan Gelogiya və Geofizika İnstitutu geopark yaradılması istiqamətində lazımi sənədləşdirmə və digər işləri davamlı olaraq həyata keçirir.