Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Nov 2022 Konfranslar Konfranslar

DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN XXV RESPUBLİKA ELMIİ KONFRANSI KEÇİRİLİB

Təhsil İnstitutu və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransının (NASCO XXV) açılış mərasimi keçirilib. 


Konfransda giriş nitqi ilə çıxış edən təşkilat komitəsinin sədr müavini, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədbirlə bağlı hesabat təqdim edib.


Elm və təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sahəsində gənc alimlərin inkişafı üçün şərait yaradılmasının üstünlüyündən danışıb. 


2 günlük konfrans çərçivəsində keçirilən bölmə iclasları ümumilikdə 8 bölmə üzrə davam edib. Keçirilən bölmə iclaslarında 213 doktorant və gənc tədqiqatçıdan 200 nəfəri iştirak edib. Onlardan da 185 nəfəri əyani, 15 nəfəri isə onlayn formada müzakirələrdə iştirak edib.


Konfransda Geologiya və Geofizika İnstitutunun kiçik elmi işçisi Fərrux Hafiz oğlu Sarıyev “Kiçik Qafqazın və Talış zonasının pikrit maqmatizminin potensial filizliliyi” mövzusunda cıxış edib.


Bölmə iclaslarının sonunda tezislə çıxış edən hər bir tədqiqatçıya sertifikat təqdim olunub.


Bağlanış mərasimində elmi  konfransın gedişatı və dinlənilən elmi tədqiqat işlərinə dair yekun müzakirələr aparılıb. Ölkədə keyfiyyətli tədqiqatların aparılması üçün şəraitin yaradılması, mövcud problemlərin həll olunması ətrafında fikirlər səsləndirilib. 

DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN XXV RESPUBLİKA ELMIİ KONFRANSI KEÇİRİLİB
DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN XXV RESPUBLİKA ELMIİ KONFRANSI KEÇİRİLİB
DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN XXV RESPUBLİKA ELMIİ KONFRANSI KEÇİRİLİB
next
next