Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AKADEMİK AKİF ƏLİZADƏ MAGİSTRANTLARLA GÖRÜŞÜB
Geologiya və Geofizika İnstitutunun baş diektoru akademik Akif Əlizadə İnstitutun I kurs magistrantları ilə görüş keçirib. Görüşdə GGİ-nin icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, elmi katib g.-m.e.n. dosent Yeganə Lətifova, Beynəlxalq əlaqələr və Təhsil, İctimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri iştirak ediblər.
Akademik Akif Əlizadə iclası açaraq magistraturaya qəbul edilmiş gənc tədqiqatçıları təbrik edib. Gənclərə İnstitutun yaranma tarixi, geologiya və geofizika sahəsində böyük nailiyyətləri olan görkəmli elm xadimləri haqqında məlumat verib. Həmçinin GGİ-də aparılan elmi tədqiqatlarda aparıcı alimlərlə yanaşı gənclərin də iştirakını xüsisi vurğulayıb. Akademik bildirib ki, gələcəyimiz olan magistrantlardan ilk növbədə elmi biliklərini daim inkişaf etdirmək tələb olunur. Bunun üçün İnstitutun tədqiqat işlərində aktiv və məhsuldar fəaliyyət üçün geniş imkanlardan bacarıqla bəhrələnmək lazımdır.
A.Əlizadə həmçinin magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və İnstitutun rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət haqqında müfəssəl danışıb.
Mülahizələrini həyati misallar və örnəklərlə əsaslandırıb. Fərdi tanışlıq əsnasında gənclərin maraq sahələrini öyrənib, suallarını cavablandırıb. Əmin edib ki, elmi müəssisənin rəhbərliyi təhsillə bağlı gənclərin problemlərinin həlli üçün bütün imkanlardan istifadə edəcək.