Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Dec 2010
Diqər xəbərlər
AZƏRBAYCAN ƏRAZİSINDƏ ZƏLZƏLƏLƏRİN MAKSİMUM MAQNİTUD VƏ İNTENSİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ.
Xülasə
Məqalədə Azərbaycanda mümkün ola biləcək maksimal maqnitudalı zəlzələlərin paylanması nəzərdən keçirilir. REA GM, NEIC, IRIS, CTBTO, ANSS kimi beynəlxalq seysmoloji mərkəzlərin və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika seysmoloji xidmət mərkəzinin açıq informasiyaları əsasında tərtib olunmuş, zəlzələlərin kataloqundan (1902 - 2008-ci illər ərzində) istifadə olunmuşdur.
Azərbaycanda mümkün ola biləcək maksimal maqnitudalı zəlzələlərin paylanmasını əks etdirən xəritədə Şamaxı-İsmayıllı seysmoaktiv zonası (Mmax=6.5) və Abşeron yarımadasının cənubu (Mmax=6.2) xüsusi olaraq seçilir. Bunlara nisbətən digər maksimumlar Şəki. (Mmax=5.5), Lənkəran (Mmax=5.2), Cəbrayıl (Mmax=5.5) və Balakən (Mmax=5.5) rayonlarındadır.
Tədqiqatlar nəticəsində bir neçə maksimal intensivlikli zona aşkar edilmişdir. Daha böyük intensivliyə malik olan zona Abşeron yarımadasından cənubda (9.0 bal), Abşeron yarımadasından şimalda (8.5 bal), Şamaxı (8.5 bal) və Biləsuvar (8.0 bal) rayonlarındadır.