Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Dec 2010 Diqər xəbərlər Diqər xəbərlər

Azərbaycanın dərinlik quruluşunun ədəbi qravitasiya modelləri


Ədəbi üsulların Yer fizikasında tətbiqi geofiziki sahələrin yeni interpretasiyasına, Yer qabığının dərinlik quruluşunun, inkişaf tarixinin və regionun geodinamikasının süni nöqteyi - nəzərdən araşdırılmasına imkan yaradır. Buna görə də Azərbaycanın qravitasiya məlumatlarının ədəbi üsullarla təhlili çox aktual məsələlərdəndir.

Qravitasiya sahəsinin yer qabarmaları ilə bağlı olmayan dyışmələrinin zaman və fəza qanunauyğunluqları araşdırılmış və bunların yer səthini müasir şaquli hərəkətlərı, dərinlik quruluşu və seysmiklik ilə əlaqəsi öyrənilmişdir.

Geoloji mühitlərin uzununa və eninə şaquli sərhədlərini eyni zamanda təyin etmək üçün bu qravitasiya anomaliyası tam horizantal qradient funksiyasına çevrilmiş kölgələndirilmiş  relyef xəritəsi hazırlanmışdır.

Seçmə üsulu istifadə edilərək regional seysmik profillər boyunca dərinlik quruluşunun qravitasiya modeli hazırlanmışdır. Carlı qalxımının və padar antiklinalının qravitasiya anomaliyaları təhlil edilərək bu sahələrdəki kütlə əskikliyinin mantiya - litosfer cismi ilə konpensasiya ola bilmə imkanı göstərilmişdir.

Buqe qravitasiyası sahəsi Xartley çevirməsi istifadə edilərək regional və lokal komponentlərə ayrılaraq interpretasiya edilmişdir.

K.Qafqaz və Talış mikroplitləri bu sahələrdə qravitasiya anomaliyalarını yaradan mənbələrin müxtəlif olmasına baxmyaraq müasir dövrdə şimal - şərq istimaqətində eyni sürətlə hərəkət edirlər. Azərbaycanın neft - qaz rayonlarının qravitasiya sahələrinin güc spektrı hesablanarkən anomaliya yaradan sıxlıq sərhədlərinin orta dərinliyi təyin edilmişdir.

Qravitasiya sahəsinin qiymətləri və sıxlığın dərinlikdən asılı olaraq kvadratik qanunla dəyişməsi nəzərə alınaraq Azərbaycanın neft-qaz sahələrinin kristallik bünövrəsinin üçölçülü modeli hesablanmışdır. Kristallik bünövrə səthinin dəyişmələrini regional anomaliyaları əmələ gətirdiyi göstərilmişdir.

Azərbaycanın çökmə təbəqələrində Reley-Benar, Reley-Teylor və Kelvin-Helmholts qravitasiya tarazlıq pozulmalaınının fiziki və riyazi modeli hazırlanmışdır. Bu proseslərin əmələgəlməsində, karbohidrognlərin miqrasiyasında, temperaturun dərinlikdən asılı olaraq dəyişməsindəki rolu araşdırılmışdır. Qırışıq parametrlərinin təbəqələrin fiziki parametrlərindən asılı olaraq formulları əldə edilmişdir. Qravitasiya tarazlıq  pozulmalarının əmələ gətirdiyi qravitasiya dəyişmələrinin ədəbi qiyməti hesablanmışdır.