Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
Təbii-texnogen sistemlərdə hidroloji proseslərin qanunauyğunluğu və onların proqnozlaşdırılması və idarə edilməsinin süni intelekt metodunun tətbiqi (Abşeron aqlomerasiyanın timsalında)
Müasir Dünyada insanın ətraf mühitə mənfi təsiri həlli çətin qlobal problemdir. İnsan biosferanın əsaslarının strukturunu, Yer qabığının üst hissəsində təbii proseslərin gedişini dəyişən güclü geoloji amilə cevrilmişdir. Təbii mühitin ən mobil elementlərindən biri olan yeraltı sular texnogen sistemlərin təsirinə çox aktiv reaksiya göstərərək bir tərəfdən ehtiyyatların tükənməsi və çirklənməsi proseslərinə məruz qalır, digər tərəfdən isə səviyyələrin süni sürətdə qalxması nəticəsində geoekoloji şəraitin gərginləşməsinə səbəb olur.
Dissertasiya işi təbii-texnogen sistemlərdə hidrogeoloji proseslərin yaranma qanunauyğunluqları, süni intellekt metodu əsasında bu proseslərin proqnozlaşdırılması, idarə edilməsi və geokoloji şəraitin qiymətləndirilməsi və tənzimlənilməsi məsələlərinə həsr edilmişdir.
Hidroloji şəraitə müxtəlif, son dərəcə təbii texnogen amilləri təsirinin cəmləşdiyi Abşeron aqlomerasiyasının timsalında müəllif tərəfindən təbii-texnogen sistemlərinin strukturu, hidrodinamik və hidrokimyəvi proseslərin dəyişmə tendesiyaları, yeraltı suların su mübadiləsı şəratinin təsnifatı, aktiv su zonasının sərhədlərinin müəyyənləşdirilməsi metodikası, hidroloji şəraitin proqnozlaşdırılması və idarə edilməsinin süni intellekt sistemlərinin tətbiqi metodikası işlənilmış, Abşeron yarımadası ərazisinin xüsusi təyinatlı hidrogeoloji və geokoloji rayonlaşdırılması aparılmış, yer səthinin çökməsinin neftlə birlikdə çıxarılan lay sularının miqdarından asılılığı, Xəzər dənizinin səviyyəsinin qalxmasının hidrogeoloji şəraitə təsiri xüsusiyyətləri müəyyən edilmişdir.
Tədqiqatlarının nəticəsində əsasən yarımadanın ərazisində yeraltı sularının ehtiyatlarının 0,34 m3 m s intensivliklə artması, hidrogeoloji şəraitə təsir göstərən amillərin davam edəcəyi təqdirdə hər il 0,9-1,4 min ha torpaq sahəsinin istifadəyə yararsız hala düşəcəyi müəyyən edilmiş, hidrogeoloji və ümumilikdə geoekoloji vəziyyətin sağlamlaşdırılması və tənzimlənməsi məqsədi ilə təkliflər hazırlanmış, gələcək tədqiqtların istiqamətləri müəyyınləşdirilmişdir.