Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Mar 2026 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA REALLAŞIB

“2026-cı il - şəhərsalma və memarlıq ili” çərçivəsində və ”Geologiya və Geofizika elmləri: gələcəyə baxış” leytmotivi altında keçən tədbir “Neyron şəbəkələrinin əsasları və tətbiqi: nəzəri prinsiplər, alqoritmlər və elmi tədqiqatlarda tətbiq imkanları”mövzusuna həsr olunub.

Tədbiri ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə açaraq rəhbərlik etdiyi elm ocağında gənc alimlər üçün mütəmadi reallaşan lektoriyaların mövzu rəngarəngliyinin vacibliyini və bu qəbildən olan elmi toplantıların əhəmiyyətini xatırladıb. Həmçinin elm aləmində baş verən yeniliklərin zamanında tətbiqinin təxirəsalınmaz missiya olduğunu vurğulayıb.

Akademik A.Əlizadə sonra elan edilən mövzu üzrə məruzə üçün sözü ETN Riyaziyyat İnstitutu “İdarəetmədə süni intellekt üsullarının tətbiqi” laboratoriyasının rəhbəri t.e.d., professor Ramin Rzayevə verib. Alim müasir elmi tədqiqatlarda  əsas problemləri, məlumatların böyük həcmini, modellər qurmağın çətinliyini, bəzən isə mümkünsüzlüyünü, eksperimental   məlumatlarda natamamlıqların mövcudluğunu və digər real problemləri xatırladıb. Bildirib ki, verilənlərdən öyrənən və mürəkkəb funksional asılılıqları aproksimasiya edə bilən universal modellər sinfi - neyron şəbəkələrinin mahiyyəti bu müşküllərin həllinə yardımçı olur; neyron şəbəkələri mürəkkəb verilənlərdə gizli qanunauyğunluqları aşkar etmək və proqnozlaşdırmaq üçün güclü hesablama alətidir.

R.Rzayev sonra bioloji neyron və süni neyron modeli, neyron şəbəkələrinin öyrənilməsi problemi, universal aproksimasiya teoremi, neyron şəbəkələrinin inkişaf xronologiyası  barədə geniş məlumat təqdim edib.

Professorun mühazirəsi əsasən gənclər olan auditoriyada geniş maraq doğurub. Alim çoxsaylı sualları məmnunluqla cavablandırıb.

Akademik Akif Əlizadə maraqlı mühazirə üçün t.e.d., professor Ramin Rzayevə İnstitut kollektivi adından təşəkkür edib və yeni görüşlərə ümid bəslədiyini bildirib. 

next
next