
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU SEYSMOLOGİYA İSTİQAMƏTİNDƏ MİSİR ƏRƏB RESPUBLİKASI ALİMLƏRİ İLƏ ELMİ ƏLAQƏLƏR QURUR
Seysmologiya üzrə birgə elmi əlaqələrin genişləndirilməsi, əməkdaşlıq memorandumunun hazırlanması üzrə müzakirələrin keçirilməsi, gənc kadrların hazırlanmasında təcrübə mübadiləsinin effektiv surətdə aparılması, birgə məqalələrin çap edilməsi məqsədilə Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev Misir Ərəb Respublikasında işgüzar səfərdə olub.
Azərbaycanli alim Misirin Milli Astronomiya və Geofizika Tədqiqat İnstitutunun direktoru Prof. Dr. Taha Rabeh, direktor müavini Prof. Dr. Heşam Mosa, Misir Milli Seysmoloji Şəbəkəsinin direktoru Prof. Dr. Şerif Mohamed ilə, eləcə də, Əsvan şəhərində yerləşən Zəlzələ Tədqiqat Mərkəzinin əməkdaşları Prof. Dr. Abdelnasser Mohamed və digərləri ilə maraqlı və səmərəli görüşlər keçirib. O, GGİ-də rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyəti barəsində “Researches of the seismology and seismic hazard assessment department in the light of modern insights” (“Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müasir yanaşmalar işığında tədqiqatları”) adlı genişt əqdimat reallaşdırıb, əldə edilən nəticələr haqqında danışıb, Azərbaycanda seysmologiya elminin əsas prioritet istiqamətlərini diqqətlərə çatdırmış və şöbədə istifadə edilən üsullar barədə informasiya verib. Həmçinin, Misir seysmoloqları ilə gələcək əməkdaşlığın perspektivlərini müəyyənləşdirməklə bağlı müzakirələr aparıb. Seysmologiya sahəsi üzrə Misir və Azərbaycan arasında ikitərəfli münasibətlər, elmi və texniki əməkdaşlıq məsələləri də müzakirə mövzusu olub.