Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 May 2021 Diqər xəbərlər Diqər xəbərlər

RESPUBLİKAMIZIN GEOLOGİYA ELMİNƏ AĞIR İTKİ ÜZ VERİB

 
19 may 2021-ci il

Geologiya və Geofizika İnstitutu “Metallogeniya” laboratoriyasının aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Əfəndiyeva Elza Niman qızı 82 yaşında vəfat edib.

E.Əfəndiyeva Göyçay şəhərində doğulmuşdu. 1960-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun “geoloji-kəşfiyat” fakültəsini bitirib Geologiya İnstitutunda işləməyə başlayıb.

1969-cu ildə “Kiçik Qafqazın”Cənub-Şərq hissəsinin (Dağlıq Qarabağın Şimal-Şərq hissəsi) üst yura çöküntülərinin litologiyasi və əmələgəlmə şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Elmi tədqiqat sahəsi litologiya idı. İlk dəfə Qarabağın üst yura çöküntülərinin litofasiya və qalınlıq xəritəsini qurmuşdu. 50 elmi işin müəllifi idi.

Səmimi, mehriban xanım alim GGİ-ictimai işlərində fəal iştirak edirdi, gənc alimlərə praktik yardımını əsirgəmirdi.

Əfəndiyeva Elza Niman qızının xatirəsi onu tanıyanların yaddaşında daim yaşayacaq.