Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 May 2011 Diqər xəbərlər Diqər xəbərlər

Ümumrespublika Yer elmləri sahəsində “BTC borukəməri boyuncu mikrotremor tədqiqatları və onların interpretasiyası” mövzusunda seminar



12 may tarixində AMEA Geologiya İnstitutunun akt zalında ümumrespublika Yer elmləri sahəsində “BTC borukəməri boyuncu mikrotremor tədqiqatları və onların interpretasiyası” mövzusunda seminar keçirilmişdir.
 
 
Məruzəçilər: AMEA-nın müxbir üzvü F.Ə. Qədirov, f.-r.f.d. A.H. Qədirov (AMEA Gİ).
 
 
Mikrotremor ölçüləri özü-özlüyündə təbii seysmik küyün qeydə alınmasından ibarətdir. Bu seysmik küy yazılarını Nakomura üsulu ilə analiz etməklə, ölçü nöqtəsində qruntun fundamental (rezonans) tezliklərinin və güclənmə əmsallarını əldə etmək olar. Bu məlumatlardan dünayanın bir çox ölkələrində (Yaponiya, Türkiyə, Yunanıstan, Hindistan və b.) seysmik mikrorayonlaşdırmanın aparılması üçün müvəffəqiyyətlə istifadə olunur.

 
AMEA Geologiya İnstitutunun “Geodinamika və seysmologiya” şöbəsinin əməkdaşları tərəfindən BTC borukəmərinin iki hissəsi (Sanqaçal-Sığırlı və Əlikənd-Malay) boyunca 3 profil üzrə mikrotremor ölçüləri yerinə yetirmişdir.

 
Ölçü işləri Guralp CMG-5TD akselerometri vasitəsilə yerinə yetirilmişdir. Borukəmərinin hər iki seçilmiş hissəsi üzrə təqribən 600-ə yaxın nöqtədə ölçü götürülmüşdür. Bununla belə nəzərə almaq lazımdır ki, borukəməri üzərindəki ölçü nöqtələri arasındakı məsafə 1 km, borukəmərinə yaxın olan digər hissələrdə isə bu məsafə 2 km olmuşdur. Həmçinin, Geologiya İnstitutunda yerləşdirilmiş nöqtədə etalon ölçülər aparılmışdır. Bu seysmik küy yazıları Nakomura üsulundan istifadə edilməklə spektral analizə məruz qoyulmuşdur. Nəticədə, borukəmərinin seçilmiş hər iki hissəsi üçün rezonans tezliklər, güclənmə əmsalları, etalon məntəqəyə nisbətən intensivliyin artması, qrunt təcilinin pik qiymətləri (PGA) və intensivlik vahidlərində mikroseysmik rayonlaşdırma xəritələri qurulmuşdur.

 
Nəticədə, iki hissə üzrə seysmik təhlükəli zonalar müəyyən olunmuşdur. Beləki, Sanqaçal-Sığırlı sahəsində güclənmə əmsalları 1.5 – 3.3 hüdudunda dəyişir və maksimum qiymətlər Padar mantiya cismi ətrafında müşahidə olunur. Digər sahədə isə (Əlikənd-Malay) güclənmə əmsalları 1.4 – 2.7 hüquqlarıda dəyişir və maksimumlar qrunt sularının səviyyəsinin yüksək olması ilə əlaqəndirilir.