Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 May 2012 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCAN ALİMLƏRİ UKRAYNADA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİRLƏR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və şöbənin aparıcı elmi işçisi Xanlar Ağayev Ukrayna Milli Elmlər Akademiyasında keçirilən “Geoinformatika: nəzəri və tətbiqi baxışlar” adlı XI Beynəlxalq konfransda iştirak edirlər
.
Geoloq və Mühəndislərin Avropa Assosiasiyası ilə Geoinformatika üzrə Ümumukrayna Assosiasiyası tərəfindən təşkil olunmuş tədbir mayın 14-də başlamış və 17-ə qədər davam edəcək. Konfransda H.Quliyev “Aləmin əbədi dövran paradiqması və zaman anlayışı haqqında” adlı məruzə ilə çıxış edir. X.Ağayevin məruzəsi isə “Quyu geofiziki tədqiqatları və seysmokəşfiyyat məlumatlarının neyron şəbəkəsi ilə klaster təhlilinə görə mühitin elastiki xüsusiyyətlərinin proqnozu” adlanır.