Ana Səhifə / Elanlar

ELMİ KONFRANS

11 - 12 Oct 2026 ELMİ KONFRANS Elanlar

“Azərbaycan qadını elmdə: nailiyyətlər və yeni çağırışlar” adlı respublika elmi konfransı keçiriləcək

 

Oktyabr ayının 9-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin (1901) yaradılmasının 125 illiyi münasibətilə “Azərbaycan qadını elmdə: nailiyyətlər və yeni çağırışlar” adlı respublika elmi konfransı keçiriləcək.


Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini cari ilin 31 may tarixinədək göndərməlidirlər. Mətnlərin qəbulu haqqında məlumat 15-30 iyun tarixlərində veriləcək.


Qəbul şərtləri:

- Konfransa ölkənin müxtəlif ali təhsil məktəbləri və elmi-tədqiqat müəssisələrindən  alim və tədqiqatçılar qatıla bilərlər;

- Magistr və doktorantlar məruzənin tam mətnini elmi rəhbərinin (məsləhətçilərinin) rəyi ilə birlikdə təqdim etməlidirlər (rəyin skan variantı əlavə olunmalıdır);

- Konfransın dili Azərbaycan, türk, rus və ingiliscədir;

- Xülasə ingilis dilində, 150-250 sözdən ibarət olmalı və mətnin əvvəlində verilməlidir (ingilis, rus və türkcə mətnlərdə isə azərbaycanca);

- 5 açar söz qeyd olunmalıdır;

- Məruzə mətninin tərtibinə dair tələblər: Times New Roman, 12 şrift, kənar ölçülər hər tərəfdən 2,5 sm, abzas 1 sm, interval 1,15;

- Məruzə mətnin adı böyük hərflərlə ortada, məruzəçinin adı, soyadı, doktorantı (magistr) olduğu müəssisə və ya işlədiyi yer, e-mail ünvan səhifənin sağ tərəfində qeyd olunmalıdır;

- Məruzənin tam mətninin həcmi 6-8 səhifə olmalıdır (məruzənin tam mətni üçün şablon əlavə olunur);

- Ədəbiyyat siyahısı AAK-ın tələblərinə uyğun hazırlanmalı və istinadlar böyük mötərizədə göstərilməlidir. Məsələn, [2, s.23];

- Məruzə mətni tələblərə uyğun olaraq hazırlanmalıdır, əks halda dəyərləndirilməyə buraxılmayacaq;

- Məruzənin tam mətni əvvəllər heç bir yerdə təqdim olunmamalı və çap edilməməlidir;

- Məruzə mətni konfransın mövzuları, elmi şərtlərə uyğunluğu və tədqiqatın orijinallığı nəzərə alınaraq Elmi heyət tərəfindən dəyərləndiriləcəkdir;

- Məruzənin mətnini Konfransın Təşkilat Komitəsinə göndərən iştirakçılar onların çap olunmasını təsdiq etmiş olur.


Konfransda aşağıdakı mövzular üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:

- Tağıyevin qızlar məktəbi: tarixi, müəllimləri, məzunları;

- Azərbaycan qadınının elmi fəaliyyəti və nailiyyətləri;

- Azərbaycan qadını yeni elmi çağırışlar dövründə;

- Azərbaycanın əlyazmaşünas qadınları;

- Klassik mənbələrdə Azərbaycanın görkəmli qadın şəxsiyyətləri;

- Azərbaycan ədəbiyyatında qadın obrazı;

- Azərbaycan qadını təhsildə və ictimai fəaliyyətdə;

- Elmdə gender bərabərliyi.


Məruzə mətnləri  qizlarmektebi125@gmail.com  elektron ünvanına göndərilməlidir.


Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küç. 26;

Tel: (+994 50) 541 78 84