
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də MÜTƏXƏSSİSLƏR ŞURASININ VƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARININ BİRGƏ İCLASI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Mütəxəssislər şurasının (kollokvium) və Yer elmləri sahəsində Ümumrespublika elmi seminarının birgə iclası keçirilib. Tədbirdə “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin kiçik elmi işçisi doktorant Tural Babayevin Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ssenar zəlzələlərinin məlumatlar toplumuna əsasən Şəmkir su anbarı ərazisində sintezlənmiş seysmik təsirin modelləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İddiaçının elmi rəhbəri y.e.e.d., dosent Qulam Babayevdir.
İnstitutun baş direktoru akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq sözü doktorant Tural Babayevə verib.
Tural Babayev Şəmkir su anbarı ərazisinin seysmik təhlükəsinin qiymətləndirilməsinə həsr etdiyi dissertasiya işini təqdim edib. Dissertasiya işində bir sıra yeniliklər, müasir yanaşmalar diqqətə çatdırılıb.
İddiaçının çıxışından sonra Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri, texnika elmlər doktoru, professor Ramin Rzayev dissertasiya işinə və iddiaçının çıxışına rəy və təkliflərini bildirib.
Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Geoloji kəşfiyyat fakültəsinin Geofizika kafedrasının dosenti, g.m.e.n., Elxan İsgəndərovun dissertasiya işinə yazdığı rəy səsləndirilib.
İddiaçı Tural Babayev verilən sualları cavablandırandan sonra iştitakçı alimlər irad və təkliflərini bildiriblər.
Yekunda Geologiya və Geofizika İnstitutunun Kollokvium üzvləri dissertasiya işinin ilkin müzakirəsində deyilmiş irad və təklifləri nəzərə almaqla iddiaçıya tövsiyələrini bildiriblər və dissertasiya işinin növbəti mərhələdə müzakirə olunmasını dəstəkləyiblər.