Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Oct 2025 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI REALLAŞIB

ETN Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində Ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan  İnstitutun baş direktoru akademik Akif Əlizadə bildirib ki, “Seysmoloji trasların təhlilində qeyri-səlis məntiq üsullarının tətbiqi: qanunauyğunluqların aşkarlanması və trendlərin proqnozlaşdırılmasıirilması” mövzusunda reallaşacaq bugünki seminar t.e.d., professor Ramin Rzayevin (AR ETN İdarəetmə Sistemləri İnstitutu) GGİ-də elmi mövzuda apardığı sayca ikinci seminardır  və kollektiv bu qəbildən olan tədbirləri həmişə maraqla qarşılayır.

Professor Ramin Rzayev təqdimatına müasir seysmoloji məlumatların təhlili ilə başlayaraq  bildirib ki, bu məlumatlar yüksək dərəcədə qeyri-müəyyənlik və qeyri-xəttiliklə müşayiət olunur. Bu da gizli qanunauyğunluqların aşkarlanmasını və gələcək dəyişikliklərin proqnozlaşdırılmasını çətinləşdirir. Belə şəraitdə qeyri-səlis məntiq yanaşmalarından istifadə xüsusi əhəmiyyət kəsb edir, çünki onlar məlumatların natamamlığını və ziddiyyətliliyini nəzərə almağa imkan verir.

Alim məruzəsində qeyri-səlis məntiqin əsasları və onun seysmoloji trasların intellektual təhlilində rolunu açıqlayıb. Bildirib ki, xüsusi diqqət qeyri-müəyyənliyin formallaşdırılması üsullarına, qeyri-səlis qaydaların və modellərin qurulmasına, habelə bu alətlərin seysmik siqnallarda trendlərin və qanunauyğunluqların müəyyənləşdirilməsində tətbiqinə yönəldilir. Həqiqi seysmoloji məlumatların emalı və interpretasiyasında qeyri-səlis modellərin istifadəsinə nümunələr təqdim olunur.

Məruzəçi diaqramlardan, əyani vasitələrdən istifadə etməklə elmi baxımdan cəlbedici yeni  informasiyalar təqdim edib, iştirakçılarda maraq doğuran məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

İnstitutun “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev professor Ramin Rzayevlə müştərək elmi tədqiqat işlərindən məlumat verib və bu istiqamətdə faydalı və maraqlı işlərin davamlı olacağını diqqətə çatdırıb. 

Tədbirin sonunda akademik Akif Əlizadə professor Ramin Rzayevə maraqlı təqdimat üçün kollektiv adından təşəkkür edib. 

next
next