Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Sep 2025 İclaslar İclaslar

GGİ-də NÖVBƏTİ ELMİ ŞURA İCLASI KEÇİRİLİB

ETN Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadənin rəhbərliyi ilə bu elm ocağının növbəti Elmi şura iclası keçirilib.


Tədbirin əvvəlində 27 Sentyabr – “Anım Günü” münasibətilə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin ömrünün 77-ci ilində vəfat edən  g.-m. e.d. Namaz  Yusubovun  xatirəsi anılıb.


Akademik Akif Əlizadə təsdiq edilən gündəliyə uyğun olaraq “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsinə dair Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasının gedişatına dair məlumat təqdim edib. Müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, ilin sonuna kimi GGİ Gənc Alim və Mütəxəssislər Şurasının fəallığı ilə AMEA-nın 80 illiyi münasibətilə tədbirlər planı əsasında respublika konfransına hazırlığa start verilsin.


YUNESKO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər haqqında məlumat verən  AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirib  ki, GGİ artıq bir neçə ildir ki, bu istiqamətdə işləyir. Gələcək geoparkın  yaradılmasına və  effektli işləməsinə aid tədbirlər  planı da artıq hazırlanıb və NMR  Ali Məclisiə təqdim edilib.


Sonra y.e.f.d. Səadət Ələkbərova Elmi şuranın gündəliyinə uyğun olaraq Geologiya və Geofizika İnstitutunun doktoranturasına 2025-ci il üzrə qəbul haqqında məlumat təqdim edib.


Daha sonra elmi əsərlərin müzakirəsi keçirilib və akademik Əkpər Feyzullayevin “Gil və gilli süxurların geologiyası” dərs vəsaiti, g.-m.f.d. Əvəz Salamov və y.e.f.d. Aynur Zamanovanın “Sürüşmə proseslərinin geofiziki üsullarla öyrənilməsi” elmi əsəri çapa tövsiyə edilib.


Gündəliyin sonunda Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün İnstitutun doktorantı Samir Zeynalovun təqdim etdiyi “Naftalan tipli neftlərin balneoloji fenomeninin geoloji təbiəti: geokimyəvi və geodinamik aspektlər” (elmi rəhbərlər – AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, f.-r.e.d. Qalina Martınova) mövzusunda dissertasiya işinin elmi seminarda müzakirə protokolunun təsdiqi reallaşıb.

 

GGİ-də NÖVBƏTİ ELMİ ŞURA İCLASI KEÇİRİLİB
GGİ-də NÖVBƏTİ ELMİ ŞURA İCLASI KEÇİRİLİB
next
next