
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də MÜTƏXƏSSİSLƏR ŞURASININ VƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARININ BİRGƏ İCLASI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Mütəxəssislər şurasının (kollokvium) və Ümumrespublika elmi seminarının birgə iclası keçirilib. Tədbirdə “Neftin geokimyası” laboratoriyasının kiçik elmi işçisi doktorant Samir Zeynalovun Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Naftalan tipli neftlərin balneoloji fenomeninin geoloji təbiəti: geokimyəvi və flüidodinamik aspektlər” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İddiaçının elmi rəhbərləri AMEA müxbir üzvü Dadaş Hüseynov və f.-r.e.d. Qalina Martınovadır.
İnstitutun baş direktoru akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq sözü doktorant Samir Zeynalova verib.
Samir Zeynalov müalicəvi əhəmiyyətə malik Naftalan neftinə həsr olunan dissertasiya işini Naftalan yatağının geoloji xüsusiyyətləri, üzvi-geokimyəvi, bakteroloji və flüidodinamik aspektləri ilə yanaşı, yatağın neftlədoymuş rezervuarlarının xüsusiyyətləri, tədqiqatın obyektləri haqqında məlimat verib. Dissertasiya işinin rəyçisi “Palçıq vulkanizmi” şöbəsinin baş elmi işçisi vəzifəsini icra edən y.e.e.d. Orxan Abbasov geniş təhlil təqdim edib. İclasda sonra “Neftli qazlı hövzələrin litogenezi” şöbəsinin aparıcı elmi işçisi k.e.n. Rüfət Məmmədovun iddiaçının işinə verdiyi rəy səsləndirilməklə yanaşı irad və təkliflər də bildirilib.
Geologiya və Geofizika İnstitutunun Kollokvium üzvləri çıxışlarında dissertasiya işinin ilkin müzakirəsində deyilmiş irad və təklifləri nəzərə almaqla iddiaçıya tövsiyələrini bildiriblər və dissertasiya işinin növbəti mərhələdə də müzakirə olunmasını dəstəkləyiblər.