
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
01 Jun 2021
Diqər xəbərlər
AZƏRBAYCAN PALEONTOLOGİYA ELMİNƏ AĞIR İTKİ ÜZ VERİB
01 iyun 2021-ci il

Azərbaycanda paleontoloji-stratiqrafik tədqiqatların əsası keçən əsrin 20-ci illərində – neftli-qazlı pliosen çöküntülərinin stratiqrafiyasının ətraflı işlənilməsi məqsədilə ilk dəfə mikropaleontoloji tədqiqatların aparıldığı dövrdə qoyulmuşdur. Bu istiqamətin intensiv inkişafı XX əsrin 50-ci illərinə, Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (hazırda Geologiya və Geofizika İnstitutu) akademiklər M.M.Əliyevin və Q.Ə.Əlizadənin rəhbərliyi altında paleontologiya və stratiqrafiya şöbəsinin yaradıldığı dövrə təsadüf edir.
Aliyə Babazadənin rəhbərlik etdiyi Paleontologiya və stratiqrafiya şöbəsinin tədqiqatlarının əsas elmi istiqamətləri irimiqyaslı geoloji xəritələşdirmə üçün stratiqrafik əsasın hazırlanması, Azərbaycanın fanerozoyunun geoxronoloji və geoxronometrik cədvəllərinin detallaşdırılması,seysmostratiqrafiya, sekvens-stratiqrafiya, hövzə stratiqrafiyası, maqnitostratiqrafiya, geokimyəvi stratiqrafiya və iqlim stratiqrafiyasının inkişafı, nadir paleontoloji və stratiqrafik obyektlərin aşkar edilməsi və qorunması, yerli və regional stratiqrafik bölgü sxemlərinin işlənilməsi, qonşu rayon və regionlarla korrelyasiyası, paleohövzələrin bionomik şəraitinin bərpası və s. olub.
Şöbənin mövcud olduğu yarım əsrdən çox dövr ərzində onun əməkdaşları tərəfindən Azərbaycanın struktur-fasial zonaları üzrə fanerozoyun regional stratiqrafik sxemləri hazırlanıb, Azərbaycanın paleofaunasının arxistratiqrafik qrupları, mərcanlar, dəniz kirpiləri, qarınayaqlılar və ikitayqabıqlı molyusklar, braxiopodalar, kaynozoyun florası və s. öyrənilib.
Respublikanın təbaşir çöküntülərini öyrənən Azərbaycan paleontoloqlarının çoxillik tədqiqatlarının yekunu olan “Azərbaycanın təbaşir faunası” adlı unikal monoqrafik əsər ərsəyə gətirilib. Ölkə ərazisinin stratiqrafiköyrənilməsi üzrə böyük faktiki material toplanılıb və ikihissəli “Azərbaycanın stratiqrafiyası” (“Azərbaycanın geologiyası” çoxcildliyinin I cildi) çap olunub. Azərbaycanın fanerozoyunun paleocoğrafi xəritələri (44 xəritə) atlası tərtib edilib, həmçinin ölkənin geoxronoloji sxemi işlənərək çap olunub. Eləcə də “Azərbaycanın neftli-qazlı komplekslərinin stratiqrafik atlası” və “Azərbaycanın Dördüncü dövr faunasının atlası” nəşr edilib.
Paleontoloji tədqiqatlarda nummulit qabıqlarının politomik cədvəli ilə növlər üzrə diaqnostikası və təsnifatının riyazi modelləri geniş tət-biqini tapıb.
Mikroelementlərin və oksigen izotoplarının faunanın müxtəlif qruplarında paylanması qanunauyğunluqları və mühitin bionomik şəraitinin dəqiqləşdirilməsində onların rolu, Azərbaycanın təbaşir və kaynozoy hövzələrinin paleotemperaturları müəyyən edilib.
Paleontologiya və stratiqrafiya şöbəsinin əməkdaşları aparıcı xarici universitetlər, elmi mərkəzlər və şirkətlərlə birlikdə Azərbaycanın neftli-qazlı bölgələrinin və ayrı-ayrı regionlarının stratiqrafiyası və faunasının tədqiqi üzrə layihələr həyata keçirməkdədirlər.
Aliyə Babazadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!