
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
31 Oct 2017
Diqər xəbərlər
Metasomatizm və metamorfizm şöbəsi
Şöbənin rəhbəri vəzifəsini icra edən geologiya-mineralogiya elmləri doktoru, professor Azadəliyev Cəbrayıl Əbdüləli oğlu.
Şöbədə 3 nəfər, o cümlədən 1 elmlər doktoru çalışır.
Tel.: (+994 12) 510 01 41 (123)
E-mail: gia@azdata.net
Əsas elmi istiqamətlər:
- bərk faydalı qazıntı yataqlarının gene- zisinin, əmələgəlmə və yerləşmə qanunauy- ğunluqlarının, filizdaşıyan metasomatik də- yişilmələrin fasial-zonallıq xüsusiyyətlərinin araşdırılması;
- müasir mineraloji-analitik və fiziki-kim- yəvi üsullarla metasomatitlərin və filizlərin mineraloji-geokimyəvi aspektlərinin öyrənil- məsi;
- gizli filiz kütlələrinin birbaşa axtarışı və proqnozlaşdırılması istiqamətində metasoma- tik və mineraloji-geokimyəvi kriterilərin işlə- nilib hazırlanması.
Sektorun əməkdaşları tərəfindən:
- Daşkəsən skarn-dəmir filizi yatağında skarn metasomatozunda hidrotermal məhlullar vasitəsilə komponentlərin gətirilmə-çıxarılma balansı miqdari hesablanaraq, onların geokimyəvi davranış xüsusiyyətləri qiymət- ləndirilmişdir.
- Daşkəsən skarn-dəmir filizi yatağının geoloji-genetik modeli işlənilib hazırlanmışdır.
- Kiçik Qafqazın mezo-kaynozoy intruziyalarının kontakt-termal metamorfizminin çoxfaktorlu genetik-petroloji modeli işlənilmişdir.
- Kiçik Qafqazın mezo-kaynozoy yaşlı aktiv inttruziyalarının təmaslarında ardıcıl-yanaşı baş vermiş roqovikləşmə-skarnlaşma proseslərinin timsalında yer qabığında roqoviklərlə kalsiumlu skarnların mineraloji sərhədi müəyyən edilmişdir.
- Kiçik Qafqazın filizli metasomatitlərinin genetik-formasion təsnifatı işlənilib hazırlanmışdır.
- Gədəbəy filiz rayonu Qaradağ mis-porfir yatağının geoloji-genetik və həcmi-geokimyəvi modelləri işlənilmişdir.
- Kiçik Qafqazda ilk dəfə olaraq pumpelliit mineralı aşkar edilmiş, müasir analitik-mineraloji metodlarla mükəmməl tədqiq edilmişdir.
- Kiçik Qafqazın mərkəzi hissəsində ultraəsasi intruzivlərin təmaslarında yüksək temperaturlu metamorfik dəyişilmələr (roqovikləşmə) aşkar olunmuş və müasir mineraloji-petroqrafik metodlarla mükəmməl tədqiq olunmuşdur.
- Kiçik Qafqazın Daşkəsən filiz rayonu timsalında aktiv intruziyaların oreollarında yüksək temperaturlu kontakt-termal metamorfizm (roqovikləşmə) ilə skarn əmələgəlmə proseslərinin mineraloji sərhədi kristaloptiki mineraloji metodla müəyyən olunmuşdur.
- Kiçik Qafqazın timsalında Yer qabığında kalsiumlu skarnların konvergentliyi barədə ideya irəli sürülmüş və müvafiq obyektlərdə isbat olunmuşdur.
- Kiçik Qafqazın mezo-kaynozoy tektonik-maqmatik inkişafında “filiz-maqmatik sistemlər” ayrılmış və onların ayrılma prinsipləri (kriteriləri) işlənilib hazırlanmış, hidrotermal fəaliyyətin ikili (dolayısı və birbaşa) xarakterli təkamülü ideyası irəli sürülərək sübut edilmişdir.
- Ordubad filiz rayonunun Kotam-Kilit zonası skarnlarının qalaylılığı aşkar olunmuşdur.
- Naxçıvan MR Başkənd səpinti qızıl yatağında səpinti qızılın toplanma mexanizmi, köklü mənbələri və tipomorf xüsusiyyətləri aşkar edilmişdir.