
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
01 Nov 2017
Diqər xəbərlər
Mühəndisi geofizika şöbəsi
Şöbə rəhbəri: geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Salamov Əvəz Mahmud oğlu
Şöbədə 7 nəfər, o cümlədən 1 fəlsəfə doktoru çalışır.
Tel.: (+994 12) 510 01 41 (118)
E-mail: avazsalamov@yandex.ru
Tədqiqatların istiqamətləri:
- geoloji kəsilişin üst hissəsini təşkil edən süxurların mühəndisi-geofiziki şəraitinin tədqiqi;
- kanalların, dəmir və avtomobil yollarının, boru kəmərlərinin, yüksək gərginlik elektrik xətlərinin və digər qurğuların layihələndirilməsi zamanı ərazinin mühəndisi-geofiziki öyrənilməsi;
- ekzogen geoloji proseslərin tədqiqi və proqnozlaşdırılması:
- sürüşmə proseslərinin öyrənilməsi;
- karstların, eroziya, çökmə və s. proseslərin tədqiqi;
- hidrotexniki qurğuların istismarı zamanı tədqiqi;
- tikinti materialları yataqlarının axtarışı. Şöbədə elmi-tədqiqat işləri aparılmış mühəndisi geofiziki tədqiqatların nəticəsində alınmış məlumatlar əsasında həyata keçirilir.
Şöbənin əməkdaşları tərəfindən:
- Daşgil (Şamaxı-Qobustan vilayəti timsalında) palçıq vulkanı kraterinin quruluşu, krater ətrafında çatların əmələ gəlməsi və vulkan brekçiyasının qalınlığının öyrənilməsi;
- palçıq vulkanı yerləşən geoloji mühiti təşkil edən süxurların litoloji tərkibinin ehtimal olunan fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi;
- palçıq vulkanı yerləşən sahənin mühəndisi geofiziki şəraitinin tədqiqi həyata keçirilir.