Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Elanlar
ARETN Geologiya İnstitutu doktoranturaya qəbul elan edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:
2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” – 1 yer (əyani)
2512.01 – “Ümumi və regional geologiya” – 1 yer (əyani)
2520.01 – “Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı,
minerageniya” – 1 yer (əyani)
2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (əyani)
2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı“ – 1 yer (əyani)
2529.01 – “Xəritəşünaslıq, geoinformatika“ – 1 yer (əyani)
Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 19.05.2026 – 09.06.2026 tarixlərində təlimata uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumat üçün institutun “Elmi təşkilati” şöbəsinə müraciət edin.
Tel.: 050 783 73 28; (012) 510 01 41 (143)