Ana Səhifə / Elanlar

ARETN Geologiya İnstitutu doktoranturaya qəbul elan edir

19 - 10 Jun 2026 ARETN Geologiya İnstitutu doktoranturaya qəbul elan edir Elanlar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları”                      – 1 yer (əyani)


2512.01 – “Ümumi və regional geologiya”                                                             – 1 yer (əyani)

2520.01 – “Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı,

minerageniya”                                                                                                        – 1 yer (əyani) 
                                                                                                                                                     

2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”                – 1 yer (əyani)

2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı“                                   – 1 yer (əyani)

2529.01 – “Xəritəşünaslıq, geoinformatika“                                                           – 1 yer (əyani)

 

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 19.05.2026 – 09.06.2026 tarixlərində təlimata uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Əlavə məlumat üçün institutun “Elmi təşkilati” şöbəsinə müraciət edin.

Tel.: 050 783 73 28;  (012) 510 01 41 (143)