Namizədlik


Abşeron yarımadasının müasir radiasiya şəraiti: geoloji və ekoloji aspektləri

Əliyeva Əzizə Rafiq qızı

2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları


Dissertasiya işi Abşeron yarımadasında müasir radiasiya şəraitinin öyrənilməsi, radioaktiv sahələrin geoloji quruluşla əlaqəsinin araşdırılmasına həsr edilmişdir.

Qarşıya qoyulmuş məqsədlər müəllif tərəfindən aparılan çöl və laboratoriya işlərinin nəticəsində həll olunmuşdur. Abşeron yarımadası ərazisində, eləcə də neft-qaz çıxarma sənayesi müəssisələrinin ərazisində müasir radiasiya sahəsinin məkanda paylanması öyrənilib.

Aparılmış tədqiqatların nəticələri əsasında Abşeron yarımadasının təbii radiasiya fonunun mövcud xəritəsi təkmilləşdirilərək yenilənmişdir və onun elektron versiyası yaradılmışdır. Xəritədə çirklənmiş ərazilər sxematik olaraq göstərilmişdir.

Müəllif tərəfindən Bakı şəhərinin mərkəzi hissəsi üçün mikrotremor ölçmələri visitəsi ilə alınmış qruntun xüsusiyyətlərinin paramartləri təbii radiasiya və radon sahəsi ilə müqayisə edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, torpaqda radonun konsentrasiyasına qruntun radioaktivliyi, torpaığın tipi, qrunt hərəkətinin amplitudlarının güclənmə əmsalı və dominant (rezonans) tezliklər kimi faktorlar birgə təsir göstərir. Radonun konsentrasiyasının təbii radioaktivlikdən, qrunt hərəkətinin tezlikləri və qrunt hərəkətinin amplitudlarının güclənmə əmsalından birbaşa asılılığı müəyyən edilmişdir. Araşdırılmış dominant tezliklər intervalında radonun ən yüksək miqdarı 10 hs-ə yaxın tezliklərdə və təxminən 1,9-2,1 qrunt hərəkətinin amplitudlarının güclənmə əmsalında müşahidə olunmuşdur. Qeyd olunmuşdur ki, radonun və radioaktivliyin aşağı konsentrasiyaları qumlar, ən yüksək isə - gilcə, çınqıl və gilin püruzlarını daşıyan kövrək, seyrəkləşmiş süxurlar üçün səciyyəvidir.