Namizədlik


Geoloji-geofiziki tədqiqatların kompleks məlumatlarına görə Cənubi Manqışlağın trias-paleozoy çöküntülərinin neft-qazlılığının qiymətləndirilməsi

Şilanov Nurjan Sisenbayeviç

2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı


Dissertasiya işində Çənubi Manqışlağın geoloji quruluşunun və məhsuldar paleоzoy, trias çöküntülərinin formalaşmasının fasial şəraitlərinin dəqiq səciyyəsi verilir. Müasir laboratoriya avadanlığından istifadə edilməsi ilə götürülən kernlərdə kollektorların litoloji-petrofiziki və həcmsüzülmə xüsusiyyətləri öyrənilmişdir.

Paleоzoy və Trias keçid kompleksi çöküntülərinin struktur xüsusiyyətləri bir neçə yüz dərin axtarış-kəşfiyyat quyularının məlumatlarına və seysmik kəşfiyyat işlərinin nəticələrinin interpretasiyasına əsaslanır.

Quyuların yoxlama və sınaq nəticələrinin nəticələri təhlil edilib. Açıq gövdədə yoxlama, axtarış-kəşfiyyat quyularının kəmərlərində orta trias çöküntülərinin vulkanogen-karbonat intervallarında sınaq məlumatlarına əsasən neft axımının birbaşa törəmə kollektorların xüsusiyyətlərindən asılı olduğu yataqların məhsuldarlığı təyin edilib. Layların açılması və yarıqlı süzgəclərin endirilməsi zamani, məsamə fəzasının tutulmasının qarşısının alınması üçün qazıma məhlulunun seçilməsi üzrə tövsiyələr verilir.

Orta və üst triasın vulkanogen-karbonat və terrigen süxurlarının süzülmə-həcm xassələrinin aşağı hüdudları əsaslandırılıb. Məsaməlik parametrinin məsaməlik əmsalından petrofiziki, doyma parametrinin isə sudoyumu əmsalından asılılıqları dəqiqləşdirilib. Elastik dalğaların yayılma vaxti və müxtəlif süxurlarda dənələrin sıxlıq qiymətləri qiymətləndirilib. Alınan nəticələr karbohidrogen yigimlarının ehtiyatlarının və onların yenidən hesablanmasında istifadə edilib.

Neft-qazlılıq perspektivliyi haqqında nəticələr Cənubi Manqışlaqda aparılan geoloji axtarış işlərindən alınan geniş materiala əsaslanır. Analitik və faktiki məlumatlara əsaslanaraq, paleozoy çöküntülərində qeyri struktur tələlərlə əlaqədar KH yataqlarının aşkar olunmasının yüksək perspektivliyi göstərilir.

Nəticədə göstərilir ki, yeni KH yataqlarının axtarış metodologiyası o zaman müsbət nəticə verəcək ki, kern və doyma fluidlərin götürülməsi ilə kompleks geoloji-geofiziki ümumiləşmələr aparılsın, texnoloji tədqiqatlar yerinə yetirilsin və geoloji kəşfiyyat işləri yüksək elmi səviyyə ilə müşayiət olunsun.