Namizədlik


Böyük Qafqazın cənub-şərq yamacının seysmogen sahələrində flüidlərin geokimyəvi rejimi (Azərbaycanın Şamaxı və İsmayıllı seysmogen zonaları timsalında)

Abdulrazaqova Pərvanə Əjdər qızı

2503.01 – Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları


Dissertasiya işi 1999-2012 illər ərzində Azərbaycanın Şamaxı və İsmayıllı rayonlarında flüidlərin seysmogeokimyəvi monitorinqi üzrə məlumatlarının analizinə və interpretasiyasının nəticələrinə əsaslanır.

İl boyu seysmogeokimyəvi monitorinqi nəticəsində seysmogeokimyəvi, seysmoloji və palcıq vulkanı prosesləri üzrə məlumatların kompleks analizi və interpretasiyası əsasında ilk dəfə olaraq qanunauygunluq müəy¬yən edilmişdir. Tətqiqat regionunda bu təbii hadisənin aktivləşməsi zamanı flüidlərin seysmgeokimyəvi rejimi qisa müddətli dəyişməsi onların qanunauygun xarakterini əks etdirir.

“Şamaxı və İsmayıllı seysmogen zonaları flüidlərinin geokimyəvi anomaliyalarına gorə Azərbaycanda güclü zəlzələ ocaqlarının eynilışdirmə atlasın” tərtib edilmiüdir.

Şamaxı və İsmayıllı seysmogen zonalarında zəlzələrin baş verəcəyi son mərhələdə flüidlərin geokimyəvi sahəsində anomaliyalar aşkar edilmişdir.

İlk dəfə Şamaxı və İsmayıllı seysmoaktiv zonalarında flüdlərin çox illik geokimyəvi müşahidələrinin nəticələri və geokimyəvi sahələrin kombinasıyaları əsasında 5 mikroseysmozona aşkar edilmişdir.

Ocaqı Vəndam yarıqı ərazisində olan butun zəlzələlər ücün universal informatik parametr –sulfat ion (SO4) müəyyən edilmişdir.