Doktorluq


Qeyri-klassik deformasiya nəzəriyyəsi və neyron şəbəkələrinin tətbiqi ilə seysmik kəşfiyyat, quyu geofiziki tədqiqat məlumatlarının emalı və interpretasıyası metodlarının işlənilməsi

Ağayev Xanlar Böyükağa oğlu


Geofiziki tədqiqatlar geodinamik proseslər davam edən geoloji mühitlərdə aparılır. Buna görə alınan məlumatlar müasir geodinamik şərait nəzərə alınmaqla emal və interpretasiya edilməlidir. Hazırda tətbiq olunan klassik deformasiya nəzəriyyəsi və onun əsasında yaradılan metodlarda, alqoritmlərdə, proqram və texnologiyalarda bu amil kifayət qədər nəzərə alınmır. Mürəkkəb geoloji quruluşa malik strukturlarIn standart geofiziki metodlarIn məlumatlarına görə tədqiqi effektivliyi başqa amillər ilə bərabər, həmçinin mühitin geodinamik vəziyyətinin nəzərə alınmasından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də mühitin fiziki xassələrinin müasir geodinamik vəziyyətin təsiri nəzərə alınmaqla seysmik kəşfiyyat və quyu geofiziki tədqiqat materiallarIna görə proqnozlaşdırılması böyük elmi-praktiki əhəmiyyətə malikdir.