Təbiət abidələri
Saatlı çox dərin qazma quyusu
- “Bazalt qatının” fərz edilən tavanının, yüksək qravitasiya maksimumu ilə dağarası çökəkliyin hüdudlarında yer qabığının geofiziki quruluşunun modeli;
- Yer qabığının dərin qatlarında endogen proseslərin təzahürlərinin xüsusiyyətlərinin təyin edilməsi.
ÇQ-1 quyusu ilə aşağdakı kəsilişlər izlənilmişdir:
1 | Çınqıl, qravelitlər, qumçalar, gilçələr, qumdaşları | 4-cü dövr | 860 m |
2 | Gillər, qumdaşları | Abşeron regio mərtəbəsi | 1070 m |
3 | Gillər, alevrolitlər | Aqçaqıl regio mərtəbəsi | 320 m |
4 | Gillər, qumdaşları, alevrolitlər | Balakən qatı | 530 m |
5 | Gil, qumdaşları, karbonat süxurları | Gecmiosen, Sarmat | 50 m |
6 | Bazalt silləri ilə əhəngdaşları | Erkən Təbaşir - Gec Yura | 710 m |
7 | Doleritli bazaltlar | Orta- | 1310 m |
8 | Mikrodoleritlərlə andezit-bazalt və andezitlər | Alt | 1950 m |
9 | Mikrodolerit andezit-dasitlər, dasitlər riodasitlər, plageoriolitlər sillərilə |
Yura | 1524 m |
Kəsilişin ümumi qalınlığı : 8324 m |
Erkən-orta Yura sistemli radiolyatorlu fauna ilə 6652 – 6651 m intervalında tuf –alevrolitləri siliusumlu horizont yaranmışdır. Məhsuldar qatdan qeyri-intensiv çıxan neft (2707 m dərinlik) qeyd olunmuşdur.
ÇQ -1 quyusu üzrə geoloji-geofiziki analiz materialları aşağdakıları müəyyən etməyə imkan verir;
- Yeraltı suların qeyri müvafiq filtrasiyası hadisəsi-karbohidrogen və mikroelementələrin qeyri-müvafiq miqrasiyası, yaxud lateral qoşulması qeyri-ənənəvi rezervuarlarda lokalizasiyaya səbəb olur.
- Mezazoy vulkanizminə uyğun olaraq antidromun təkamülü: keçid şəraitində kontinental-riftogenden adaqövsü rejimə, dasit andezit–andezito-bazalt-bazalt seriyası müxtəlifliyi.
- Dağ süxurlarının anomal fiziki tərkibli iki zonası (ilk dalğa sürətinin əhəmiyyətinin azalması: sıxfazanın möhkəmliyi və məsaməliliyinin effektiv yüksək əhəmiyyəti; mezazoya əsasən vulkanın yuxarı hisssəsində (3540-4060 m) və geterogenli yuravulkanogenli seriyalar boyunca əlaqə, (7100-7400m).
- Metomorfik zonalar-seolit (3540-4600 m) –(4600-6800 m) yaşıl slanslar, (6800-8324m) dərinliyin artması ilə süxurun hidrotisasiyasının azalmasının nümayişi:
- Əsas mezozoyun hərəkətsiz zirvəsində bütün zonalarda qeyri birləşmənin yayılmasının mümkünlüyü;
- Neft və qazın faktiki və potensial ehtiyatının 3 horizontu.
- Yuxarı horizont (0-3.5km) çöküntü örtüyünün neogen seriaları; antiklinal strukturda kommersiya yataqlarının lokalizasiyası;
- Orta harizont (3.5-5.0 km) eosen seriyası və Mezozoy əsasında birdəfəlik sıxlaşmış zirvə; yerli çıxışlar əsasında kommersiya yataqları;
- Alt horizont (8.5-9.5km) Mezozoya qədər zirvə; ilk elastik dalğanın aşağı sürət göstəricisinin anomal zonası, Aşağı-Kürün depressiyasının dərin çöküntü örtüyü serialarından yan miqrasiya hesabına neft və qazın mövcudluğu.
7. Mezozoy kompleksinin qalınlığı Kiçik Qafqaz analoji kompleksi cənub-şərq yamacından 1.5 dəfə böyükdür.
AMEA-nın Geologiya İnstitutu qeyri-adi xüsusiyyətli Saatlı ÇQ-1 çox dərin quyuya və onun geoloji–geofiziki tədqiqatlarına böyük diqqət yetirir.