Seminarlar


“Daşkəsən çökəyinin dəmir filizi yataqlarinin formalaşmasina yeni baxiş: genetik aspektlər” mövzusunda seminar

18.04.2012



18 aprel 2012-ci il tarixində  AMEA-nın Geologiya İnstitutunun akt zalında “Daşkəsən çökəyinin dəmir filizi yataqlarinin formalaşmasina yeni baxiş: genetik aspektlər” mövzusunda Yer elmləri bölməsinin ümumrespublika elmi seminarı keçirildi.
 
Məruzəçi: akademik A.C.İsmayıl-Zadə, AMEA Geologiya İnstitutu.
 
Qafqazda filizəmələgəlmə prosesləri ilə əlaqədar problemlərdə, çoxsaylı nəşrlərdə əks olunmuş, uzunmüddətli hərtərəfli tədqiqatların aparılmasına baxmayaraq, formalaşma şəraitləri və perspektivliyə proqnoz qiymətləndirilməsi üzrə qanunauyğunluqlar və genetik aspektli məsələlər həll edilməmişdir.
 
Kiçik Qafqazın bir sıra filiz yataqları üçün, genetik tiplər və hətta onların məkan-zamanca qovuşması halında,  mineral-xammalın müəyyən növünün müxtəlif formalarının təzahüretmə sərbəstliyi haqqında fərqli fikirlər mövcuddur.
 
Söhbət Kiçik Qafqazın Lök-Qarabağ zonasının Daşkəsən çökəyindəki mezozoy (yura) yaşlı dəmir filizi yataqlarının üç tipindən gedir ki. hal-hazırda onlar üçün aşağıdakılar müəyyən edilmişdir:
 
  • Gec yura (üst kimmeric) yaşlı, təmas-metasomatik skarn tipli Daşkəsən dəmir filizi yatağı
  • Orta yura (bat) yaşlı titanlı-maqnetitli qumdaşları, çökmə mənşəli Daşkəsən və Şəmkir yataqları
  • Orta yura (bat) yaşlı hidrotermal vulkanogen-metasomatik tipli Alabaşlı hematit yatağı.

Son illərin çöl tədqiqatları və mövcud məlumatların yeni araşdırılmasına əsasən yuxarıdakı təsəvvürlərə müəyyən düzəlişlər edilmişdir:
 
  • Daşkəsən dəmir filizi yatağı üçün, filiz kütlələrinin forması – layvarı davamiyyətli uzanan kütlələr (0.8-2.5 km × 4-50 m), kimmericin  tuf və tufbrekçiyalarda bir-birindən ayrılmış linzaların olması, maqnetit filizlərin tərkibi – Fe2O3=30.53-68.57%, FeO=0-25.62%, SiO2=4.7-35.0%, Al2O3=o.17-15.35%, CaO=11.6-20.5%, intruzivlə təmasda yığımın tərkibinin pirrotin-maqnetit sırası şəklində dəyişməsi, həmçinin epidot-qranat-maqnetitli, epidot-piroksenli təmas-metasomatik skarnın (170 m qalınlıqlı) nüfuz etmiş intruzivın oreolundakı filiz ciminin üstünə gəlmiş, termal metamorfizmdən kənarda yığımın əsasında, tavanında və daxilində hornblendlərin (ksenolitlərin) olması, filiz cismlərinin vulkanizmin lava fasiyasına uyğunluğunu əks etdirir, yəni vulkandan filiz+ silikat məhlulu qarışığı şəklində, “maqnetit axınları” lavası kimi püskürmüş (unikal hadisə). Bütün bunlar, həmçinin mühitin vulkanitlərinin alunitləşməyə, kaolinləşməyə, pirofillitləşməyə və silisiumlaşmaya meylliyi bu yataqların vulkanogen-çökmə tipinə mənsubiyyətindən xəbər verir;
  • Daşkəsənin bat yaşlı titanlı maqnetitli qumdaşları (2 km × 2 m): maqnetitin “yuvarlaq” və “yarımyuvarlaq” dənələri, konsentrik zonallığa malik lyapillilərmiş: mərkəzdə - çox vaxt silikat maqması ilə maqnetit, kənarlarda isə - hematit və ya maqqemit haşiyəsi, yəni bu qumdaşı deyil, vulkanogen-çökmə tipinə uyğun olan titanlı maqnetitlərin lyapilli tuflarıdır;
  • Alabaşlı hematit yatağı – qalınlığı üzrə tam pazlaşana qədər tez dəyişən, kvars-hematit və serisit-hematit tuflarının hematitlə zənginləşmiş linzavarı, qeyri-düzgin formalı (0.5 km × 2 m) cismlərdir; yəni bu, vulkanın solfator-fumarol fəaliyyəti ilə əlaqədar, bat dövrünün hematitli tuflarıdır.
     

Yuxarıda göstərilənlər belə nəticə çıxarmağa imkan verir ki, Daskəsən çökəyindəki hər üç dəmir filizi yatağı, mezozoy dövrünün, unikal lava-piroklastik fasiyalarının təzahür etdiyi, Daşkəsən vulkan mərkəzinin törəməsidir. Çox güman ki, burada Daşkəsən maqmatik ocağında, filiz və silikat ərintisinə likvasion parçalanmaya məruz qalmış, yüksək miqdarlı dəmirə malik maqma mövcud olmuşdur.
 
Yataqların üçü də  vulkanik-çökmə genetik tipinə müvafiqdir və Qafqazın tektono-maqmatik  aktivləşməsinin kimmeri tsiklinə aiddir   (Q.S.Dzosenidze, 1969)