Haqqımızda


Azərbaycan geoloq-alimləri Hindistanda keçirilmiş beynəlxalq konfransda iştirak etmişlər



Hindistanın Kanyakumari şəhərində “Yer dinamikası – nailiyyətlər və uğursuzluqlar” adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və AMEA-nın Xarici əlaqələr şöbəsinin müdiri, Geologiya İnstitutunun Petrofizika şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru  Ədalət Həsənov təmsil etmişlər.
 
 
Konfransın təşkilat komitəsinin üzvü olan H.Quliyevin verdiyi məlumata görə, tədbirdə ümumən 9 ölkə, o cümlədən ABŞ, İtaliya, Rusiya, Norveç, Kolumbiya, İran və Avstraliyadan da nümayəndələr iştirak etmişlər. Alimlər Yerin daxili dinamikası, bu mənada Yer qabığında baş verən təbii fəlakət və geoloji təhlükələr, həmçinin Yerin təkamülündə tektonik proseslərə Günəş sisteminin  təsiri  müzakirə olunmuşdur. H.Quliyev Geologiya İnstitutunun mövzu üzrə tədqiqatlarına dair iki məruzə ilə çıxış etmişdir.
 
 
H.Quliyev və Ə.Həsənov hindistanlı həmkarları ilə görüşmüş, Yer elmləri sahəsində gələcək əməkdaşlıq imkanlarını birgə müzakirə etmişlər.
 
 
Beynəlxalq konfransın Kanyakumaridə keçirilməsi xüsusi önəm daşımışdır. Belə ki, burada Kembri geoloji dövründən əvvələ aid olan, yəni 2,5-2,8 milyard il yaşlı süxurlardan ibarət nadir geoloji kəsilişlər mövcuddur.