Elmi təşkilat


İctimaiyyətlə əlaqələr şöbəsi


Şöbə rəhbəri: Nəzərli Şirməmməd Dadaş oğlu.
Şöbədə 11 nəfər, o cümlədən 1 elmlər namizədi çalışır.

Tel.: (+994 12) 539 39 62
E-mail: [email protected]

Faliyyət istiqamətləri:
  • şöbə özünün əsas funksiyası kimi institutda aparılan eilmi-tədqiqat işləri ilə ölkə ictimaiyyətini mütəmadi və operativ məlumatlandırır;
  • şöbə fəaliyyətini AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi ilə əlaqələndirir;
  • şöbə institutun bütün fəaliyyət sahələrinin KİV-lərdə işıqlandırılması üçün bütün mövcud vasitələrdən istifadə edir: press-relizlər hazırlayır, görülmüş işlər barədə operativ informasiya yayır, planlaşdırılan tədbirlər barədə məlumat hazırlayır, institut alimləri ilə müsahibələr təşkil edir;
  • şöbə ictimaiyyətə çatdırılması nəzərdə tutulan informasiyanın vizuallığını maksimum təmin etməyə çalışır: ölkə TV-ləri ilə əlaqələri genişləndirir, yazılı mediada informasiyanın fotolarla müşa- yiət edilməsini reallaşdırır;
  • şöbə KİV mənsublarını institutda təşkil edilən tədbirləri işıqlandırmaq üçün səfərbər edir və bu zaman institut alimləri ilə açıqlama, müsahibə və digər jurnalistika janrlarında materiallar hazırlanması işində yaxından iştirak edir;
  • şöbə ölkə mətbuatında instituta aid materialların monitorinqini aparır və bu barədə rəhbərliyə məlumat verir; mətbiatda institutun fəaliyyəti ilə bağlı yanlış, təhrif edilmiş və ya qərəzli mülahizələrə cavab hazırlayır, bunların aradan qaldırılması üçün tədbir görür;
  • şöbə institutun yubiley tədbirlərinin səmərəli təşkilində öz funksiyasına uyğun fəal iştirak edir.
  •