Elmi təşkilat


Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi


Şöbə rəhbəri Sadıqov Nazim Məhərrəm oğlu.

Tel.: (99412) 539 34 40
E-mail: [email protected]

Analitik işlər mərkəzi aparıcı dünya istehsalçılarının avadanlıqları ilə təchiz edilmişdir.

Mərkəzin əsas vəzifəsi – analizlərin keyfiyyətli və operativ şəkildə yerinə yetirilməsidir.

Analizlər beynəlxalq (Almaniya, Yaponiya, Rusiya) standartlar və metodlar üzrə aparılır. Tədqiqat obyektləri mineral xammal (filiz və qeyri-filiz), torpaq (kimyəvi tərkib, mikroelementlər), dag-mədən və kənd təsərrüfatı istehsalının tullantıları, eləcə də içməli və texniki sular, istənilən qeyri-üzvi (bərk və maye halda) maddələrdir.

Analitik mərkəzdə aşağıdakı bölmələr yaradılmışdır:

1. Nümunələrin qəbulu və onların analizə hazırlanması (avtomatik “Herzog” kompleksi, avtoklav – Sineo MBES-86 mikrodalğalı soba).
2. Optiki mikroskopiya (skanerli elektron mikroskopu JEOL JSM-6610LV):
  • dənələrin forma və ölçülərinin eyni vaxtda tədqiq edilməsi;
  • dənə və fazaların ölçülərə görə paylanması;
  • tədqiq olunan nümunələrin sahəsi üzrə kimyəvi elementlərin paylanması və faza tərkibinin müəy¬yən edilməsi.
3. Mass-spektrometrik analiz (İCP-MS 7700e markalı induktiv əlaqəli plazmalı mass-spektrometr). Bu üsul ion mənbəyi kimi induktiv əlaqəli plazmanın istifadəsinə əsaslanıbdır. Bölgü və aşkarlanma üçün spektrometr seçilmiş ionun izotop analizini həyata keçirməyə imkan verir.
4. Atom-absorbsiya və alovlu fotometriya (Agilent technologies 200 series AA).
5. Rentgen-spektral analiz (çoxkanallı rentgen-spektrometr RFA, universal S8 TİGER).
6. Rentgen faza analizi (Rentgen difraktometr Miniflex 600):
  • vəsfi və miqdari faza analizi;
  • kristallaşma dərəcəsinin təyini;
  • kristallitlərin ölçüsünün və kristal qəfəsinin təhriflər səviyyəsinin təyini;
  • qəfəsin parametrlərinin dəqiqləşdirilməsi;
  • Ritveld üsulu ilə materialın strukturunun dəqiqləşdirilməsi;
  • molekulyar strukturun təyini.
Analitik mərkəzdə Geologiya və Geofizika İnstitutu və AMEA-nın institutlarının elmi-tədqiqat işləri üçün lazım olan tam kimyəvi və mineraloji analizlərin yerinə yetirilməsi ilə yanaşı, digər təşkilatların ödənişli sifarişləri də aparılır.