Elmi təşkilat


İnnovasiya layihələrinin koordinasiyası şöbəsi


Şöbə rəhbəri texnika elmləri doktoru İbrahimov Vaqif Bağır oğlu.

Теl/Fаks: (994 12) 539 38 20
E-mail: [email protected]


2001-ci ildə İnnovasiya layihələrinin koordinasiyası şöbəsinin təşkili institutda əvvəlki illərdə aparılmış elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması vasitəsi ilə fundamental elmin bazar iqtisadiyyatının reallıqlarına uyğunlaşdırılması və tətbiqi tədqiqatların və işlənilmələrin perspektivlik nöqteyi-nəzərindən innovasiya dövrünün çıxışında alınan rəqabətədavamlı elmi məhsulun (atlaslar, xəritələr, məlumat bazaları və s.) gələcək inkişafı zərurəti ilə bağlıdır.

Şöbənin işinin əsas istiqamətləri:
  • İnstitutun fəaliyyətinin innovasiya layihələrinin əsası ola bilən (yəni innovasiya potensialına malik) perspektiv və patent qabiliyyətli ideyalar baxımından təhlili.
  • İnstitutun innovasiya strategiyasının işlənilməsi.
  • İnnovasiya layihələrinin informasiya- metodiki təminatı və koordinasiyası.
  • Qrant hesabına yerinə yetirilən layihələrin informasiya-metodiki təminatı və koordinasiyası.
  • İnnovasiya/qrant layihələrinin yerinə yetirilməsi və onların nəticələrinin kommersiyalaşdırılması prosesində institut alimlərinin intellektual mülkiyyətinin və müəllif hüquqlarının hüquqi müdafiəsi. 

Geologiya İnstitutunda 4 innovasiya layihəsi yerinə yetirilmişdir:

  • Azərbaycan ərazisinin geoloji inkişafının paleozoy erateminin erkən devon dövründən tutmuş müasir dövrə qədərki tarixini əhatə edən 44 litoloji-paleocoğrafi xəritələrin daxil olduğu “Azərbaycan ərazisinin litoloji-paleocoğrafi atlası” (1:1 000 000 miqyaslı)
  • Azərbaycanın yer qabığının bütün çökmə kəsilişi süxurlarının kollektor xüsusiyyətləri haqqında tam məlumatı əks etdirən rəqəmsal formatlı “Azərbaycanın mezozoy və kaynozoy (paleogen-miosen) çökmə süurlarının kollektor xassələrinin atlası”.
  • “Cənubi Xəzər hövzəsi alt pliosen (məhsuldar qat) lay sularının hidrogeoloji-hidrokimyəvi atlası”.
  • “Cənubi Xəzər hövzəsi pliosendən aşağı (miosen, oliqosen, eosen, təbaşir) lay sularının hidrokimyəvi atlası”.

2000-2014-ci illərdə şöbənin informasiya-metodik dəstəyi ilə institutun alimləri milli və xarici fondların müsabiqəsinə 200-dən çox layihə hazırlayıb təqdim etmişlər. Fondların qrant dəstəyini almış 100-dən çox layihə institutun fəaliyyətinin prioritet istiqamətlərinin bütün spektrini – beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi (xarici tərəfdaşlarla birgə elmi tədqiqatlar), müasir avadanlığın alınması, beynəlxalq seminarların, konfransların keçirilməsi, gənc mütəxəssislərin hazırlığı (məşhur xarici universitetlər və elmi mərkəzlərdə təhsil), onların ixtisasının artırılması (Türkiyə, İsveçrə və Finlandiya və s. ölkələrdə qısamüddətli treninq kurslar) əhatə edir.

Şöbənin maraq dairəsinə həmçinin daxildir: elmşünaslıq (xarici təcrübə, Azərbaycanda elmin inkişaf tendensiyaları, hüquqi təminat və s.), müəllif hüququ (innovasiya/qrant layihələrinin həyata keçirilməsi prosesində alimlərin intellektual mülkiyyətinin və müəllif hüquqlarının hüquqi müdafiəsi), Yer elmləri sahəsində müasir informasiya texnologiyalarının tətbiqi (RS&GIS).