Müdriyyət yanında


Geoloji-mineraloji muzey sektoru


Muzeyin rəhbəri: geologiya-mineralogiya elmləri namizədi Atayeva Elmira Zahid qızı.
Muzeydə 3 nəfər, o cümlədən 1 elmlər namizədi çalışır.

Tel.: (+994 12) 510 01 41 (117)
E-mail: [email protected]

Geoloji-mineraloji muzey 1993-cü ildə təşkil olunmuşdur.

Muzeyin ekspozisiyası Respublikamızın müxtəlif regionlarından toplanmış süxur və minerallara, Azərbaycanın paleozoy, mezozoy, kaynozoy yaşlı fauna və florasına, quyu materiallarına – kernlərə və s. əsaslanmışdır.

Muzeyin kolleksiyası 500-dən artıq süxur və minerallardan və 250-dən çox fauna və flora eksponatlarından ibarətdir.

Muzey zalında ayrıca vitrində tikinti material- ları, üzlük daşları , yarımqiymətli daşlar və inşaat daşları nümayiş etdirilir .

Muzey zalında vulkan materialları iki yan vitrinlərdə yerləşən Kəlbəcər rayonunun IV dövr yaşlı vulkan bombaları və Abşeronun palçıq vulkanları (Ayrantökən, Otmanbozdağ, Hamamdağ, Qoturdağ və s.) tullantılarından ibarətdir.

Muzeydə 1600– ə qədər kern nümunəsi var- dır. Bunların içərisində Kür çökəkliyinin Saatlı ifrat dərinlik quyusunun Sİ-1 daha geniş və ətraflı məlumata malik 1583-8263 m intervalındakı mezozoy və kaynozoy yaşlı nümunələrdir (280 kern nümunəsi).

Muzey paleontoloji materiallarla da zəngindir. Burada devon, perm, yura, təbaşir, paleogen, neogen, dördüncü dövr faunası nümayiş etdirilir. Onlar ikitayqabıqlılar, qastropodalar, dəniz kirpiləri, belemnitlər, dəniz mərcanları, ammonitlər və braxiopodalardan ibarət olaraq muzey zalında və dəhliz vitrinlərində nümayiş etdirilir.

Devondan başlayaraq bütün fauna yaşlarına uyğun yerləşdirilmişlər.

Muzeydə bütün eksponatların göstəriciləri “məlumat bankı” şəklində toplanmış və kompü- terə köçürülmüşdür. Bu isə onların daha geniş kütləyə təqdim edilməsini asanlaşdırır.

Geoloji-mineraloji muzey sektoru nəinki İns- titutda çalışan elmi işçilərin istifadəsini, həm də gənc alim və dissertantların istifadə dairəsini genişləndirir. Bu sektor elmlə təhsilin əlaqələndirilməsində xüsusi yer tutur. Belə kl, gənc alim, ma- gistr və tələbələr muzey eksponatları ilə yaxından əyani tanış olmaq, onlar haqqında məlumat bankından istifadə edərək onları öyrənmək imkanına malik olurlar. Beləliklə, kadrların hazırlanmasında muzey sektorunun fəaliyyəti əsas yerlərdən birini tutur.

Geoloji-mineraloji muzeydə institutun görkəmli alimlərinin yaradıçılıq fəaliyyətini əks etdirən yeni çapdan çıxmış əsərlər və materiallar toplanmışdır.

Muzey başqa muzeylərlə aktiv əlaqə saxlayır, artıq eksponatların yeniləri ilə dəyişdirilməsini təşkil edir və sistemləşdirilmə işini davam etdirir.