Müdriyyət yanında


Geoloji-geofiziki elmlərin tarixi şöbəsi


Şöbə rəhbəri geologiya-mineralogiya elmləri doktoru, professor Mahmudov Hikmət İsmayıl oğlu.

Теl.: (994 12) 510 01 41
E-mail: [email protected]

Şöbə 2010-cu ildə geoloji və geofiziki elmlərin inkişaf tarixini öyrənmək üçün yaradılmışdır.

Şöbənin əsas elmi istiqamətləri;

  •  Petrologiya və metallogeniya sahələrində Azərbaycanda aparılan elmi istiqamətlərin inkişafı prosesinin təhlili.
  • Geologiya elmləri tarixinin ayrı-ayrı sahələr üzrə öyrənilməsi, aparılan tədqiqat işlərinin elmi təhlilinin verilməsi, onların mərhələlər üzrə sistemləşdirilməsi.
  •  Azərbaycanın qeyri-filiz faydalı qazıntılarının geokimyəvi xüsusiyyətlərinin və tətbiq sahələrinin araşdırılması və onların müasir elmi səviyyəsi.
  •  Azərbaycanın geologiyası, tektonikası, faydalı qazıntıları, petrologiya və metallogeniyasının tarixi nöqteyi-nəzərdən açıqlanması, onlar üzərində elmi araşdırmaların aparılması və bunların digər ölkələrin, o cümlədən Rusiya, ABŞ, Avropa və s., geoloji tarixi ilə müqayisəli təhlilinin verilməsi.
  •  Görüləcək tədqiqat işlərində petrologiya və metallogeniya ilə yanaşı geologiya elminin digər sahələri, o cümlədən vulkanologiya, geofizika sahələrinə də diqqət yetirilməsi, habelə Azərbaycanda geofizikanın yaranması, onun inkişaf mərhələləri, geofiziki tədqiqatların və onların nəticələrinin tarixilik baxımdan şərh edilməsi, geologiyanın ekologiya ilə əlaqəsi, Azərbaycanda ekoloji problemlərlə bağlı elmi-tədqiqat işlərinin təhlil edilməsi.

Azərbaycanda petrologiya və metallogeniya sahələri üzrə 1930-1970-ci illərdə aparılan elmi-tədqiqat işlərinə dair 2000-dən çox əsas elmi materiallar əldə edilmiş, sistemləşdirilmiş və onlar üzərində elmi araşdırmalar aparılmışdır. Bunlarla yanaşı Azərbaycanın müxtəlif regionlarında görülmüş elmi-tədqiqat işləri müasir elmi səviyyədə təhlil olunaraq onların inkişaf xüsusiyyətləri mərhələlər üzrə verilmişdir. Petrologiya və metallogeniya sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin analitik təhlili aparılmış və onların prioritet elmi istiqamətləri müəyyənləşdirilmişdir.

Azərbaycanın perlit yataqlarının geokimyəvi xüsusiyyətləri, onlarda meteor və yuvenil suların təbiəti öyrənilmişdir. Perlitlərin kənd təsərrüfatında, kimya sənayesində, ekologiyada, yeyinti, inşaat və digər sahələrdə tətbiq olunması prosesləri sınaqdan keçirilmiş, müsbət nəticələr əldə edilmiş və 7 müəlliflik şəhadətnaməsi alınmışdır.