Elmi-tədqiqat


Hidrogeologiya və geoekologiya şöbəsi


Şöbə rəhbəri coğrafiya elmləri doktoru Məmmədov Vaqif Ağa Əli oğlu

Tel.: +(99412) 5100141 (əlavə 226)
Faks: +(99412) 5372285
E-mail: [email protected]

Hidrogeologiya və geoekologiya şöbəsi 2020-ci ildə iki şöbənin bazası əsasında təşkil olunub. Bunlara 2006-cı ildə yaradılmış Hidrogeologiya və mühəndisi geologiya və 2013-cü ildə yaradılmış Geoekologiya şöbələri aiddir.

Keçən əsrin 80-ci illərində xalq təsərrüfatı sahələrinin intensiv inkişafı və antropogen amillərin təsirinin artması geoloji mühitə və yeraltı hidrosferə texnogen proseslərin təsirinin öyrənilməsini şərtləndirmişdir. Texnogen yüklənmə qruplarının və tiplərinin ayırd edilməsi ilə antropogen proseslərin təsnifat sxemi işlənilmiş, onların geoloji mühitin geodinamik və hidrokimyəvi dəyişikliklərinə və geoloji mühitin ən mobil komponenti olan yeraltı sulara təsiri qiymətləndirilmişdir.

Şöbənin əməkdaşları xarici şirkət və firmalarla (UNOCAL, BP, EXXON) bağlanmış müqavilələr üzrə yerinə yetirilən işlərdə, habelə yerli və müxtəlif beynəlxalq fondların qrant dəstəyi çərçivəsində (EİF, NATO, Royal Society of Great Britain, ABŞ-nın Dövlət Departamenti, SOROS fondu, UNESCO və s.) respublika ərazisinin ekoloji təhlükəsizliyinin qiymətləndirilməsi və yuxarıda sadalanan istiqamətlər üzrə tədqiqatlarda iştirak ediblər.

Şöbənin elmi tədqiqatlarının prioritet istiqamətləri respublika ərazisində təbii və antropogen amillərin təsiri ilə Yer qabığında və xüsusəndə yeraltı hidosferdə baş verən dəyişmələr kompleksinin zaman-məkan daxilində sistemli tədqiqi, proqnozlaşdırılması və modelləşdirilməsidir.


Tədqiqatların əsas istiqamətləri:
 
  • respublikanın yeraltı su yataqlarının riyazi geofiltrasiya modellərinin işlənilməsi;
  • yeraltı sulardan səmərəli istifadə və mühafizəsinin təmin edilməsi üzrə hidrogeoloji tədbirlərin, habelə obyektlərin və qurğuların geoekoloji təhlükəsizliyinin təmin olunması üzrə mühəndisi-geoloji tədbirlərin işlənilməsi;
  • filiz və qeyri-filiz faydalı qazıntıların kəşfiyyatı və istismarı ilə əlaqəli geoekoloji proseslərin tədqiqi və proqnozlaşdırılması;
  • geoekoloji proseslərin təsnifatlaşdırılması, xəritələşdirilməsi və kadastrının hazırlanması;
  • geoekoloji problemlərin azaldılması və aradan qaldırılması üzrə tədbirlərin işlənilməsi;
  • genezisindən asılı olaraq faydalı qazıntı yataqları tullantılarından səmərəli istifadə üsullarının işlənilməsi;
  • mühitə çoxamilli yüklənmənin təsiri altında hidrogeoloji vəziyyətin qiymətləndirilməsi və dəyişmələrin proqnozlaşdırılması;
  • içməli, mineral və termal yeraltı suların formalaşma qanunauyğunluqları və onların ehtiyatlarının strukturunun öyrənilməsi, həmçinin hidrosferin təsirə qarşı reaksiyasının tədqiqi.