Elmi-tədqiqat


Petrologiya şöbəsi


Şöbə rəhbəri AMEA-nın akademiki, geologiya-mineralogiya elmləri doktoru İsmayıl-Zadə Arif Cəfər oğlu

Tel.: +(99412) 5393415
Faks: +(99412) 4975285
Elektron poçtu: [email protected]

Tədqiqatların istiqamətləri:
  • petrologiya;
  • maqmatizm və geodinamika;
  • metasomatizm və filizəmələgəlmə;
  • filiz-maqmatik sistemləri;
  • geokimya.

Şöbədə elmi-tədqiqat işləri petroloji profilli prioritet istiqamətli olan və Qafqaza aid çoxillik tədqiqat işlərinin nəticələrinə əsaslanan - müxtəlif mənşəli struktur zonalar hüdudlarında faydalı qazıntı yataqlarının maqmatik formasiyalar ilə qarşılıqlı əlaqələrinin fundamental əsaslarının müəyyənləşdirilməsi üzrə aparılır.

Şöbənin əməkdaşları tərəfindən:
  • Filiz-maqmatik sistemlərinin formalaşmasında mantiya-yer qabığı proseslərinin rolunu əksetdirən müxtəlif geodinamik rejimlərin alp maqmatik və filizdaşıyan metasomatik komplekslərinin petroloji-geokimyəvi meyarları təyin edilmişdir.
  • Qafqaz seqmentinin heterogen inkişaf edən struktur zonaları hüdudlarında filiz-maqmatik sistemlərin formalaşmasının məkan-zaman qanunauyğunluqları aşkar olunmuşdur.
  • Endogen proseslərin dərinlik aktivləşməsinin maqmatizmin təzahür və geodinamik təkamülündə rolunu əks etdirən mezokaynozoy maqmatizminin geodinamik rejimləri müəууənləşdirilmişdir.
  • Geodinamik cəhətcə müxtəlif struktur-formasion zonaların metallogenik xüsusiyyətləri aşkar edilmiş və onların potensial filizliliyi müəyyən edilmişdir.
  • Xəzər hövzəsində neft-qaz əmələgəlmənin Qafqazın tektonik-maqmatik aktivləşmə tsiklləri ilə korrelyasiya əlaqəsi aşkar olunmuşdur.
  • Azərbaycanın əsas mineragenoloji zonaları müəyyən edilmiş, səciyyələndirilmiş, onların qədim epoxalardan cavana doğru politsiklik inkişafı və şimaldan cənuba cavanlaşma tendensiyası aşkar olunmuşdur.
  • Qırışıqlıq sistemlərinin struktur-maddi komplekslərinin formalaşmasının geodinamik şəraitini, onlarda faydalı qazıntı yataqlarının yerləşmə qanunauyğunluqlarını əks etdirən Azərbaycanın geodinamik əsasda tektonik xəritəsi (1:1000 000) tərtib edilmişdir.
Maqmatik va filizli komplekslərdə metamorfik va metasomatik proseslər tədqiq olunmuşdur.  



Geodinamik əsasda Azərbaycan tektonik xəritəsi.
Miqyas 1:1 000 000



   

Qafqazın (Azərbaycan hissəsi) strukturlarında
 filizli komplekslərin yerləşməsi