Elmi-tədqiqat


Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsi


Şöbə rəhbəri geologiya-mineralogiya elmlər doktoru Hüseynov Dadaş Ağa Cavad oğlu

Tel.: +(99412) 5109523
Faks: +(99412) 5372285
E-mail: [email protected]; [email protected]

Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsi 2009-cu ildə Geoloji-geofiziki məlumatların CİS analizi şöbəsi əsasında yaradılmışdır.

Şöbənin fəaliyyətinin elmi istiqaməti - flüidodinamika, çöküntütoplanma prosesinin məkan və zaman modelləşdirilməsi, karbohidrogenlərin əmələgəlməsi, flüidlərin miqrasiyası, çöküntü hövzələrinin termobarik şəraitləri, böyük dərinliklərdə flüidlərin kollektor xarakteristikaları və faza vəziyyətlərinin karbohidrogen potensialının dəyərləndirilməsi.

Şöbənin fəaliyyətinin əsas nəticələri
  • Flüidogenerasiya kompleksi və onunla əlaqəli subvertikal boşalma zonalarının (SBZ) məsamə təzyiqləri və hidroyarılmaların paylanma sahələri modelləşdirilmişdir. CXH-də karbohidrogen toplanmalarının formalaşması və flüidodinamikanın destruksiyalı subvertikal zonalarının əhəmiyyəti əsaslandırılmışdır. Göstərilmişdir ki, SBZ yuxarıda yatan rezervuarlara flüidlərin axın kanalı kimi və KH-nin toplanmalarının mümkün zonaları kimi xidmət edə bilər.
  • Müasir flüidodinamikanın xüsusiyyətlərinin analizinə əsaslanaraq, çoxkanallı peyk məlumatlarının rəqəmsal işlənilməsi və üçölçülü hövzə modelləşdirilməsi əsasında Abşeronyanı akvatoriyanın tranzit zonasının yüksək perspektivliyi göstərilmiş və axtarış işlərinin aparılması üçün obyektlər göstərilmişdir.
  • Şöbədə “Azərbaycan ərazisinin və Xəzər dənizi akvatoriyasının litoloji-paleoqrafik xəritələri atlası”nın 1:1000000 miqyasında elektron-rəqəmsal versiyası yaradılmışdır (45 xəritə). Hər geoxronoloji kəsik avtonom rejimdə *.cdr, *.dxf, *.srf və b. formatlarında vektor interaktiv xəritələr toplumunu təşkil edir.
  • Hər bir interaktiv kəsiyin rəqəmsal məlumatları (çöküntülərin qalınlığı, litofasial tiplər, qırılmalar, faydalı qazıntı yataqları, dayaq quyular və b.) ACİİ formatında saxlanılır və bu da onları ArcView, ArcGİS, Mapİnfo (ESRİ işlənmələri), habelə Petrel (Şlumberje işlənmələri) uyğunlaşdırmağa imkan verir.
  • “Abşeron ərazisinin pont çöküntülərinin və məhsuldar qatın öyrənilməsi (İQAN-BP-AMOCO)” beynəlxalq layihə çərçivəsində əməkdaşlar tərəfindən yaradılmış 1:40 miqyasında məhsuldar qatın sedimentoloji kəsilişinin elektron-rəqəmsal versiyası özünün dəqiqliyinə, məlumatlılığına, davamlılığına (Qırməkialtı lay dəstəsinin dabanından Sabunçu lay dəstəsinin tavanına qədər) və bir ərazi hüdudunda uzunluğuna (3000 m) görə unikal hesab olunur.
  • Abşeron yarımadasının və Xəzər dənizinin əyilmiş akvatoriyalarının üçölçülü (3D) rəqəmsal təkamül-dinamik modeli yaradılmışdır.

Beynəlxalq elmi layihələr çərçivəsində Delft Texnoloji Universiteti və Niderlandın Aerokosmik Mərkəzi ilə karbohidrogenlərin öyrənilməsi üzrə kosmik məlumatların multikanal rəqəmsal işlənmələri və imic-spektral analizi tədqiqatları aparılmışdır.

NASA ilə tədqiqat layihəsi çərçivəsində TERRA platforması ilə ASTER skanerinin məlumatlarından istifadə etməklə Abşeron yarımadası akvatoriyasında fluid aktivliyin kosmik monitorinqi aparılmışdır.

Regionda seysmik hadisələr və məkan-zaman korrelyasiyası ilə Azərbaycanın palçıq vulkanlarının CİS-nin alqoritmi yaradılmışdır.

Şöbənin işçiləri qrantla UETM, İNTAS, CRDF, UNESCO beynəlxalq elmi-tədqiqat layihələrində iştirak edir, həmçinin BP, OMV, RWE, Statoil, ExxonMobil, Chevron və b. aparıcı neft şirkətləri ilə birgə layihələr yerinə yetirirlər.


             Bütün tematik qatların bir
geoxronoloji kəsiklə interaktiv litoloji-fasial xəritəsi



 CXÇ-nin şimal hissəsinin üçölçülü geoloji modeli